Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




VAİZ 7:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

15 Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

15 Пуч өмрүмдә бунлары ҝөрдүм: Салеһ адам салеһлијинә бахмајараг, өлүр, Пис адамын исә пислијинә бахмајараг, өмрү уэаныр.

Fəsildə baxın Kopyalayın




VAİZ 7:15
21 Çarpaz İstinadlar  

Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı».


İki nəfər yaramaz adam gəlib onun qarşısında oturdu. Onlar xalqın önündə Navota qarşı «Navot Allahı və padşahı lənətlədi» deyə şahidlik etdilər. Sonra onu şəhərin kənarına çıxartdılar və daşqalaq edib öldürdülər.


Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.


Səma altında bir şey də gördüm: Ədalətin yerində pislik var, Salehliyin də yerində pislik.


Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?


Səma altında Allahın sənə verdiyi puç ömrünün bütün günlərini – həyatının hamısını sevdiyin qadınla xoş həyat keçir. Çünki həyatından və səma altında çəkdiyin zəhmətdən sənə qalan pay budur.


Uşaqlar artıq körpə çağlarında ölməyəcək, Uzun ömür sürməyən qoca olmayacaq, Yüz yaşında ölənlər cavan sayılacaq, Yüz yaşına çatmayanlar lənətli sayılacaq.


Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək.


Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz.


Bizi izlə:

Reklamlar


Reklamlar