Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




VAİZ 2:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var?

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

22 İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var?

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

22 Инсанын сәма алтында чәкдији бүтүн эәһмәтләрин, үрәјиндәки гајғыларын она нә фајдасы вар?

Fəsildə baxın Kopyalayın




VAİZ 2:22
21 Çarpaz İstinadlar  

Əməkçi qarnı üçün zəhmət çəkir, Aclıq onu məcbur edir.


İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var?


Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur.


İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var?


Bir ovuc dolusunun gətirdiyi rahatlıq İki ovuc dolusunun gətirdiyi Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.


Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir.


Ömrü boyu öz çörəyini Qaranlıq, böyük sıxıntı, xəstəlik və Qəzəb içində yeyir.


Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır.


İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər?


Gündəlik çörəyimizi bizə bu gün ver.


Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi?


Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!


İsa Öz şagirdlərinə belə dedi: «Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin.


“Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın.


Siz də belə adamlara və onlarla birlikdə çalışan və zəhmət çəkən hər kəsə tabe olun.


Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.


Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik.


Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.


Bizi izlə:

Reklamlar


Reklamlar