Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




VAİZ 11:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Küləyin səmtini, Hamilə qadının qarnında Sümüklərin necə böyüdüyünü bilmədiyin kimi Hər şeyi yaradan Allahın işlərindən də xəbərsizsən.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Küləyin səmtini, Hamilə qadının qarnında Sümüklərin necə böyüdüyünü bilmədiyin kimi Hər şeyi yaradan Allahın işlərindən də xəbərsizsən.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Күләјин сәмтини, Һамилә гадынын гарнында Сүмүкләрин неҹә бөјүдүјүнү билмәдијин кими Һәр шеји јарадан Аллаһын ишләриндән дә хәбәрсиэсән.

Fəsildə baxın Kopyalayın




VAİZ 11:5
19 Çarpaz İstinadlar  

Biz Külli-İxtiyarı tapa bilmərik, Qüvvəti möhtəşəmdir. Salehliyi misilsizdir, ədalətlidir, Heç haqsızlıq etmir.


Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa, söylə.


Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir.


Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.


Külək cənub səmtinə əsir, Sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, Öz yolunu təkrar edir.


Küləyə baxan toxum səpməz, Buludlara baxan əkdiyini biçməz.


Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.


Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz.


Hikmət deyilən şey Çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər?


Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz.


Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir.


Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir».


Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır!


Bizi izlə:

Reklamlar


Reklamlar