Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




VAİZ 11:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Çörəyini suların üzünə burax, Çünki uzun müddət sonra yenə onu taparsan.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Çörəyini suların üzünə burax, Çünki uzun müddət sonra yenə onu taparsan.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Чөрәјини суларын үэүнә бурах, Чүнки уэун мүддәт сонра јенә ону тапарсан.

Fəsildə baxın Kopyalayın




VAİZ 11:1
21 Çarpaz İstinadlar  

bal və kəsmik, qoyun və inək pendiri gətirdilər. Çünki düşünürdülər ki, xalq çöldə ac, yorğun və susuzdur.


Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.


Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr.


Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar.


Toxumunu səhər vaxtı səp, Axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq Yoxsa sonrakı Yaxud hər ikisi birlikdə.


Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı. Saxlamağın öz vaxtı, atmağın öz vaxtı.


Bütün sulu torpaqlarda toxum əkənlər, Oraya malını, eşşəyini sərbəst buraxanlar, Siz nə xoşbəxtsiniz!


Amma alicənab adam Alicənab şeylər barəsində fikirləşər. Elədiyi xoş əməllər ona dayaqdır.


Beşinci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz üçün artsın. Allahınız Rəbb Mənəm.


Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın.


Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».


İki talant alan da beləcə daha iki talant qazandı.


Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.


Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək».


Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək.


Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun.


Bizi izlə:

Reklamlar


Reklamlar