Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SÜLEYMANIN MƏSƏLLƏRİ 20:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Мүнагишәдән чәкинмәк инсана шәрәф ҝәтирәр, Һәр сәфеһ даваја ҝиришәр.

Fəsildə baxın Kopyalayın




SÜLEYMANIN MƏSƏLLƏRİ 20:3
17 Çarpaz İstinadlar  

İbramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda Kənanlılar və Perizlilər yaşayırdı.


İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq.


İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı.


Hövsələsiz səfeh-səfeh iş görər, Pisniyyət adama nifrət edilər.


Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar.


İgid olmaqdan səbirli olmaq yaxşıdır, Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür.


Davanın başlanması su bəndinin açılmasına bənzər, Dava başlanmamış münaqişəni tərk et.


Axmağın dili münaqişəyə girişər, Ağzı özünü döydürər.


İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq ona şərəf gətirər.


Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır, Lovğalandıqca lovğalanır.


Ona aid olmayan münaqişəyə qarışan Elə bil küçədəki iti qulaqlarından tutur.


Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.


Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin.


Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi?


Bizi izlə:

Reklamlar


Reklamlar