Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SÜLEYMANIN MƏSƏLLƏRİ 14:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Düz yol tutan Rəbdən qorxar, Yolunu azan Ona xor baxar.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Düz yol tutan Rəbdən qorxar, Yolunu azan Ona xor baxar.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Düz yol tutan Rəbdən qorxar, Yolunu azan Ona xor baxar.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Дүэ јол тутан Рәбдән горхар, Јолуну аэан Она хор бахар.

Fəsildə baxın Kopyalayın




SÜLEYMANIN MƏSƏLLƏRİ 14:2
24 Çarpaz İstinadlar  

Nə üçün Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın? Xetli Uriyanın arvadını özünə arvad etmək üçün onu qılıncla öldürtdürdün. Uriyanı Ammon övladlarının qılıncı ilə öldürtdürdün.


Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın.


Onlar bu günə qədər də əvvəlki adətlərinə görə davranırlar və Rəbbə sitayiş etmirlər, adını İsrail qoyduğu Yaqubun nəslinə Rəbbin buyurduğu qaydalara, hökmlərə, qanunlara və əmrlərə əməl etmirlər.


Uz ölkəsində Əyyub adlı bir şəxs var idi. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi.


Mən dostlarımın gülüş hədəfi olmuşam, Vaxtı ilə Allaha yalvaranda mən də cavab almışam, Amma indi bir saleh, bir kamil insan gülünc olub.


İnsana dedi: “Rəbb qorxusu hikmətdir, Pislikdən çəkinmək müdriklikdir”».


Qanmaz qonşusuna xor baxar, Dərrakəli insan dinc dayanar.


Əməlisalehlər pislikdən dönmək yolunu tutar, Yoluna diqqət edən canını qoruyar.


Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, İnsan Rəbb qorxusuna görə pislikdən dönər.


Kamalla yaşayan yoxsul insan Şər danışan axmaqdan yaxşıdır.


Bu adamların yolları əyridir, Onlar dolaşıq yollarla gedir.


Kamalla yaşayan yoxsul insan Əyri yolla sərvət qazanandan yaxşıdır.


Hər şey aşkar oldu, Nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur.


Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir».


Fariseylər pulpərəst olduqları üçün bütün bu sözləri eşidib İsaya istehza ilə baxdılar.


Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın».


Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub əməlisaleh olarsa, Ona məqbuldur.


Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı.


Bizi izlə:

Reklamlar


Reklamlar