Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SEFANYA 2:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Fərman çıxmadan, O gün saman çöpü tək uçmadan, Rəbbin qızğın qəzəbi başınıza gəlmədən, Rəbbin qəzəb günü sizə yetişmədən öncə toplaşın!

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Fərman çıxmadan, O gün saman çöpü tək uçmadan, Rəbbin qızğın qəzəbi başınıza gəlmədən, Rəbbin qəzəb günü sizə yetişmədən öncə toplaşın!

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Фәрман чыхмадан, О ҝүн саман чөпү тәк учмадан, Рәббин гыэғын гәэәби башыныэа ҝәлмәдән, Рәббин гәэәб ҝүнү сиэә јетишмәдән өнҹә топлашын!

Fəsildə baxın Kopyalayın




SEFANYA 2:2
22 Çarpaz İstinadlar  

Neçə dəfə yel sovuran saman kimi, Tufanın uçurduğu saman çöpü kimi oldular?


Ümmətlərin səsi böyük suların gurultusuna bənzəyəcək, Lakin Allah onları məzəmmət edəcək, Onlar uzaqlara qaçacaq, Küləyin qarşısında təpəliklərdəki saman çöpü kimi, Qasırğanın önündə yuvarlanan küləş kimi qovulacaqlar.


Ürəyinin istəyinə çatana qədər, Onu bitirənə qədər Rəbbin qəzəbi dayanmayacaq. Gələcək günlərdə bunu açıq-aşkar anlayacaqsınız.


Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin, Ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi püskürüb yandıracaq, Söndürən olmayacaq.


Rəbb hiddətini boşaltdı, Qızğın qəzəbini yağdırdı, Sionda alovunu alışdırdı, Onu təməlinədək yandırıb-yaxdı.


Çünki Rəbb Mənəm, Mən deyirəm və dediyim söz yerinə yetir, artıq təxirə salınmır. Ey üsyankar xalq, bu sözü sizin dövrünüzdə deyirəm və onu yerinə yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».


Buna görə də səhər dumanı, Erkən uçub gedən şeh, Xırmanda sovrulan saman çöpü, Bacadan çıxan tüstü kimi olacaqlar.


Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar.


Rəbbin qəzəb günündə Qızıl-gümüşləri Onları qurtara bilməyəcək, Onun qısqanc qəzəbinin alovunda Bütün ölkə yanıb yox olacaq, Çünki O, bir anda ölkənin sakinlərini qıracaq.


Buna görə Rəbb bəyan edir: «Şahid kimi qalxdığım Günə qədər Məni gözləyin. Çünki Mən millətləri yığmağı Padşahlıqları toplamağı qərara almışam. Qoy üzərlərinə qeyzimi, qızğın qəzəbimi töküm. Çünki qısqanc qəzəbimin odu ilə bütün yer üzü tələf olacaq.


Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.


Bizi izlə:

Reklamlar


Reklamlar