Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SEFANYA 1:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Var-dövlətləri talan olacaq, Evləri xaraba qalacaq, Tikdikləri evlərdə yaşamayacaqlar, Onlar saldıqları üzümlüklərin Şərablarını içməyəcəklər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

13 Var-dövlətləri talan olacaq, Evləri xaraba qalacaq, Tikdikləri evlərdə yaşamayacaqlar, Onlar saldıqları üzümlüklərin Şərablarını içməyəcəklər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

13 Вар-дөвләтләри талан олаҹаг, Евләри хараба галаҹаг, Тикдикләри евләрдә јашамајаҹаглар, Онлар салдыглары үэүмлүкләрин Шәрабларыны ичмәјәҹәкләр.

Fəsildə baxın Kopyalayın




SEFANYA 1:13
24 Çarpaz İstinadlar  

«Nə vaxtadək, ya Xudavənd?» deyə soruşdum. Rəbb cavab verdi: «Şəhərlər xarabalıqlara dönüb kimsəsiz, Evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək.


Sənin sərvətini və xəzinələrini Qarət malı kimi başqalarına havayı verəcəyəm. Bunu ölkənin hər tərəfində Sənin günahlarından ötrü edəcəyəm.


Sənin mal-dövlətini, Bütün xəzinələrini, səcdəgahlarını Ölkənin hər tərəfində işlənən günahlardan ötrü Qarətə təslim edəcəyəm.


Qırğın üstünə qırğın gəlir, Bütün ölkə xaraba qalıb. Çadırlarım qəflətən, Pərdələrim bir anda dağıdıldı.


Aslan yuvasından çıxdı, Millətləri məhv edən yola düşdü. Öz yerindən çıxdı ki, Ölkənizi viran etsin. Şəhərləriniz yerlə yeksan olacaq, Orada sakin qalmayacaq.


Onlar sənin məhsul və çörəyini yeyəcək. Oğul və qızlarını yeyəcək, Sürü və naxırlarını yeyəcək, Meynə və əncir ağaclarını yeyəcək. Güvəndiyin qalalı şəhərləri Qılıncla dağıdacaq».


«Yerusəlimi daş qalaqlarına, Çaqqal yuvasına döndərəcəyəm. Yəhuda şəhərlərini Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb.


Çünki Siondan fəryad səsi eşidilir: «Biz necə talan olunduq, Yaman rüsvay edildik. Çünki ölkəni tərk edirik, Məskənlərimiz dağıdılır».


İrs torpağımız yadellilərin əlinə keçib, Evlərimiz əcnəbilərə verilib.


Buna görə də üstlərinə qəzəbimi tökəcəyəm, hiddətimlə onları yandırıb məhv edəcəyəm. Əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».


Gümüşlərini küçələrə atacaqlar, qızılları napak sayılacaq. Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək, bədənlərini qidalandırmayacaq, qarınlarını doydurmayacaq, çünki bu şeylər onların təqsirlərinə bais oldu.


Bunları qənimət kimi özgələrə, qarət malı kimi dünyadakı pis adamların əlinə verəcəyəm və onları murdarlayacaqlar.


Millətlərin ən qəddarını onların üstünə gətirəcəyəm və evlərini əllərindən alacaqlar. Güclülərin qüruruna son qoyacağam, müqəddəs yerləri murdarlanacaq.


Kasıbı ayaq altına saldığınıza görə, Ondan taxıl qopardığınıza görə Yonulmuş daşdan evlər tikib Onların içində yaşamayacaqsınız. Gözəl üzümlüklər salıb Onların şərabını içməyəcəksiniz.


Buna görə də sizin üzünüzdən Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək.


Siz əkəcəksiniz, amma biçməyəcəksiniz, Zeytun sıxacaqsınız, yağından ətir düzəltməyəcəksiniz, Üzüm sıxacaqsınız, şərab içməyəcəksiniz.


O gün kandarından tullanıb keçənləri, Öz ağalarının evlərini zorakılıq və hiylə ilə Dolduranları cəzalandıracağam».


Nişanlandığınız qızla başqası yatacaq. Tikdiyiniz evdə yaşamayacaqsınız. Saldığınız bağın məhsulunu dərməyəcəksiniz.


Üzüm bağları salacaq, becərəcəksiniz, lakin üzümündən dərməyəcək, şərabından içməyəcəksiniz, çünki onlara qurd düşəcək.


Bu millət sizi həlak edənə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq, sizin üçün nə taxıl, nə təzə şərab, nə zeytun yağı, nə mal-qaranızın, nə də qoyun-keçilərinizin balalarını qoymayacaq.


Bizi izlə:

Reklamlar


Reklamlar