Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SAYLAR 4:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Müqəddəs yerdə ibadət zamanı işlədilən bütün əşyaları götürərək bənövşəyi kətanla sarısınlar və suiti dərisindən bir örtüklə örtüb xərəyə qoysunlar.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

12 Müqəddəs yerdə ibadət zamanı işlədilən bütün əşyaları götürərək bənövşəyi kətanla sarısınlar və suiti dərisindən bir örtüklə örtüb xərəyə qoysunlar.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

12 Мүгәддәс јердә ибадәт эаманы ишләдилән бүтүн әшјалары ҝөтүрәрәк бәнөвшәји кәтанла сарысынлар вә суити дәрисиндән бир өртүклә өртүб хәрәјә гојсунлар.

Fəsildə baxın Kopyalayın




SAYLAR 4:12
16 Çarpaz İstinadlar  

Onların bəzisi xidmət üçün olan qablara baxırdı: bunları sayıb içəri gətirir və sayıb bayıra aparırdılar.


Bəziləri isə başqa əşyalar, bütün təqdis olunmuş şeylər və un, şərab, yağ, kündür, ətriyyatlar üzərində nəzarətçi qoyulmuşdu.


Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Allahın məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:


qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram-Avi Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü.


Süleyman Allahın məbədindəki bütün əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan masalar;


xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; məbədin qızıl qapıları, yəni Ən Müqəddəs yerə açılan içəri qapı tayları və məbədin böyük otağının qapı tayları.


qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı,


Mənim məskənimi və onun bütün avadanlığını göstərdiyim nümunələrə görə düzəldin.


toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini,


Hüzur çadırının bütün avadanlığına baxsınlar və məskənə xidmət edərək İsrail övladları üçün vəzifələrini yerinə yetirsinlər.


Qızıl qurbangahın üzərinə bənövşəyi kətan sərərək onu suiti dərisindən bir örtüklə örtsünlər və şüvüllərini taxsınlar.


Qurbangahdan külü təmizləyib, üzərinə tünd qırmızı kətan çəksinlər.


Onun üzərinə suiti dərisindən örtük çəkərək üstünə büsbütün bənövşəyi kətan sərsinlər və onun şüvüllərini yerinə qoysunlar.


Təqdis masası üzərinə bənövşəyi kətan sərərək kətanın üstündə sinilər, nimçələr, dolçalar və içmə təqdimi tökmək üçün piyalələr olmalıdır. Daimi çörək onun üzərində qalsın.


Bənövşəyi kətan götürüb, işıq verəcək çıraqdanı, çıraqlarını, maşalarını, xəkəndazlarını və çıraqdan xidmətində işlədilən bütün zeytun yağı qablarını örtsünlər.


Bizi izlə:

Reklamlar


Reklamlar