Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SAYLAR 22:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Moavlılar Midyan ağsaqqallarına dedilər: «Öküz çöl otunu yediyi kimi bu camaat da indi bütün ətrafımızı yeyib qurtaracaq». O vaxtlar Sippor oğlu Balaq Moav padşahı idi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Moavlılar Midyan ağsaqqallarına dedilər: «Öküz çöl otunu yediyi kimi bu camaat da indi bütün ətrafımızı yeyib qurtaracaq». O vaxtlar Sippor oğlu Balaq Moav padşahı idi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Моавлылар Мидјан ағсаггалларына дедиләр: «Өкүэ чөл отуну једији кими бу ҹамаат да инди бүтүн әтрафымыэы јејиб гуртараҹаг». О вахтлар Сиппор оғлу Балаг Моав падшаһы иди.

Fəsildə baxın Kopyalayın




SAYLAR 22:4
13 Çarpaz İstinadlar  

Onlar Midyandan qalxıb Parana gəldilər, Parandan özləri ilə adamlar götürüb Misirə, Misir padşahı fironun yanına gəldilər. O, Hadada ev və torpaq verdi, onu azuqə ilə təmin etdi.


Edom başçılarını o an dəhşət bürüdü. Moav igidlərini vahimələrə saldı. Kənan sakinləri isə üzülüb qaldı.


Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir.


İsrailin Emorluların başına gətirdiyi hər şeyi Sippor oğlu Balaq görmüşdü.


Moav ağsaqqalları ilə Midyan ağsaqqalları fala baxmaq haqqını əllərinə götürüb Bilamın yanına getdilər və Balaqın sözlərini ona söylədilər.


“Onu mən görürəm, amma indi deyil, Mən ona baxıram, amma yaxından deyil. Yaqubdan bir ulduz çıxacaq, İsraildən bir Əsa ucalacaq, Moavlıların alınlarını, Şet övladlarının başlarını əzəcək.


Bu an İsrail övladlarından olan bir nəfər gəldi, Musanın və Hüzur çadırının girişində ağlaşan bütün İsrail övladlarının icmasının gözü önündə qohumlarına Midyanlı bir qadın gətirdi.


Rəbb Musaya belə dedi:


Qırılanlar arasında Midyanın beş padşahı vardı: Evi, Reqem, Sur, Xur və Reva. Beor oğlu Bilamı da qılıncla öldürdülər.


İndi sənin Moav padşahı Sippor oğlu Balaqdan nəyin yaxşıdır? Gör o, İsraillə heç çəkişdimi? Yaxud onlara qarşı heç döyüşdümü?


İsrail övladları yenə də Rəbbin gözündə pis işlər gördülər və Rəbb də onları yeddi il Midyanlılara təslim etdi.


Bizi izlə:

Reklamlar


Reklamlar