Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SAYLAR 20:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Əsanı götür, sən və qardaşın Harun icmanı toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və heyvanlarına içirt.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

8 «Əsanı götür, sən və qardaşın Harun icmanı toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və heyvanlarına içirt».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

8 Әсаны ҝөтүр, сән вә гардашын Һарун иҹманы топлајын вә онларын ҝөэү өнүндә гајаја су версин дејә сөјләјин. Гајадан онлара су чыхарт, иҹмаја вә һејванларына ичирт.

Fəsildə baxın Kopyalayın




SAYLAR 20:8
31 Çarpaz İstinadlar  

Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq».


Atalarımız acanda onlara göylərdən çörək göndərdin. Susayanda onlar üçün qayadan su çıxardın. Atalarımıza əmr verdin ki, vəd etdiyin torpağa girib sahib olsunlar.


Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər.


Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam».


Bu əsanı əlinə götür; onunla əlamətlər göstərəcəksən».


Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa».


Musa arvadını və oğullarını götürüb eşşəyə mindirdi və Allahın buyurduğu əsanı əlinə götürüb Misirə yollandı.


Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər: fironun və onun əyanlarının qarşısında Harun əsasını qaldırdı və çaydakı suya vurdu. Nil çayındakı bütün su qana döndü;


Mənim seçdiyim xalqıma su içirtmək üçün Çöllükdə su verdiyimə görə, Quru torpaqda çaylar yaratdığıma görə, Vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq.


Səhradan keçərkən susuzluq çəkmədilər. Rəbb onlar üçün qayadan su axıtdı, Qayanı yardı və oradan su fışqırdı.


Musa əlini qaldırdı və əsası ilə iki dəfə qayaya vurdu, qayadan bol su çıxdı. Bütün icma və onların heyvanları su içdilər.


Arın məskəninə uzanıb Moav sərhədinə çatan vadilərin yamacları…»


O quyu ki onu başçıların açdı, Xalqın əsilzadələri Əsa ilə, dəyənəklə qazdı». Sonra səhradan Mattanaya yollandılar.


İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq.


Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!»


İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun.


İsanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə birlikdə dayanmadan dua edirdi.


Xalq çığırdı və kahinlər şeypur çaldılar. Xalq şeypur səsini eşidəndə ucadan çığırdı. Onda qala divarları yerə çökdü və xalqın hər biri dayandığı yerdən irəliləyərək şəhəri aldı.


Onlar qoç buynuzundan olan şeypuru uzun-uzadı çaldıqları və siz şeypurun səsini eşitdiyiniz vaxt bütün xalq gur səslə bağırsın. Onda şəhərin qala divarları yerə çökəcək və xalqın hər biri dayandığı yerdən şəhərə qalxsın».


Mələk mənə həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır


Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.


Bizi izlə:

Reklamlar


Reklamlar