Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SAYLAR 17:7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

7 Musa əsaları Şəhadət çadırında Rəbbin önünə qoydu.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

7 Musa əsaları Şəhadət çadırında Rəbbin önünə qoydu.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

7 Муса әсалары Шәһадәт чадырында Рәббин өнүнә гојду.

Fəsildə baxın Kopyalayın




SAYLAR 17:7
9 Çarpaz İstinadlar  

Musanın əmri ilə kahin Harunun oğlu İtamarın başçılığı ilə Levililərin xidmət göstərib apardığı məkanın – Şəhadət məskəninin hesabatı budur.


Şəhadət məskəni ilə onun bütün avadanlığı və məskənə aid olan hər şey üçün məsuliyyəti Levililərin üzərinə qoy. Məskəni və onun bütün avadanlığını onlar daşısınlar, məskənə baxsınlar və onun ətrafında düşərgə salsınlar.


Levililər isə Şəhadət məskəni ətrafında düşərgə salsınlar ki, İsrail icması Rəbbin qəzəbinə düçar olmasın. Levililər Şəhadət məskəninə cavabdeh olsunlar.


Lakin bütün icma «Onları daşqalaq edin!» deyəndə Rəbbin izzəti Hüzur çadırında bütün İsrail övladlarına göründü.


Əsaları sizinlə görüşdüyüm yerə, Hüzur çadırındakı Şəhadət sandığının qarşısına qoy.


Musa İsrail övladları ilə danışdı. Onların bütün rəhbərləri ona bir əsa verdilər. Hər qəbilə rəhbəri üçün biri olmaqla on iki əsa var idi. Harunun əsası da onların əsaları arasında idi.


Atanın qəbiləsi olan Levi qəbiləsinə mənsub olan soydaşlarınızı da özünlə götür ki, sən və övladların Şəhadət çadırının önündə ikən sənə qoşulub kömək etsinlər.


Məskənin qurulduğu gün məskəni, Şəhadət çadırını bulud bürüyərdi; axşamdan səhərə qədər məskənin üzərindəki bulud alova oxşayırdı.


Səhrada ata-babalarınızın Şəhadət çadırı var idi. Musa bunu onunla danışan Allahın əmr etdiyi kimi, gördüyü nümunəyə əsasən düzəltmişdi.


Bizi izlə:

Reklamlar


Reklamlar