Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SAYLAR 16:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 İsrailin Allahı sizi İsrail icmasından seçib Öz hüzuruna gəlməniz üçün imkan yaratdı ki, Rəbbin məskənində iş görəsiniz və icmanın önündə duraraq onlara xidmət edəsiniz.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 İsrailin Allahı sizi İsrail icmasından seçib Öz hüzuruna gəlməniz üçün imkan yaratdı ki, Rəbbin məskənində iş görəsiniz və icmanın önündə duraraq onlara xidmət edəsiniz.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Исраилин Аллаһы сиэи Исраил иҹмасындан сечиб Өэ һүэуруна ҝәлмәниэ үчүн имкан јаратды ки, Рәббин мәскәниндә иш ҝөрәсиниэ вә иҹманын өнүндә дурараг онлара хидмәт едәсиниэ.

Fəsildə baxın Kopyalayın




SAYLAR 16:9
20 Çarpaz İstinadlar  

Lea ona dedi: «Ərimi əlimdən aldığın bəs deyilmi? İndi də oğlumun məhəbbət otlarını almaq istəyirsən?» Rəhilə dedi: «Elə isə qoy ərim oğlunun məhəbbət otlarının əvəzində bu gecə səninlə yatsın».


Ya Xudavənd Rəbb, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Bu insanlar üçün bir təlimdirmi, ya Xudavənd Rəbb?


Rəbb üçün təqdis edilmiş və bütün İsrailə təlim verən Levililərə dedi: «Müqəddəs sandığı İsrail padşahı Davud oğlu Süleymanın tikdiyi məbədə qoyun. O daha sizin çiyinlərinizə yük olmayacaq. İndi Allahınız Rəbbə və onun xalqı İsrailə xidmət edin.


Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi.


Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz?


Gözəl otlaqda otlamağınız sizə az idi ki, otlaqlarınızın qalanını da ayaqlarınız altında tapdalayırsınız? Duru su içməyiniz sizə az idi ki, artığını da ayaqlarınızla bulandırırsınız?


“Yalnız onlar Müqəddəs məkanıma girəcək, yalnız onlar önümdə xidmət etmək üçün süfrəmə yaxınlaşıb buyruğumu yerinə yetirəcək.


Levililər isə Şəhadət məskəni ətrafında düşərgə salsınlar ki, İsrail icması Rəbbin qəzəbinə düçar olmasın. Levililər Şəhadət məskəninə cavabdeh olsunlar.


Bizi səhrada öldürmək üçün süd və bal axan ölkədən çıxardığın bəs deyil, hələ özünü üzərimizdə başçı etmək istəyirsən?


Musa Qoraha bunu da söylədi: «Ey Levililər, mənə qulaq asın!


Levi qəbiləsini gətir və kahin Harunun önündə dayandır ki, ona kömək etsinlər.


Levililəri Harunla oğullarının ixtiyarına ver; onlar İsrail övladları arasından tamamilə Onun xidmətinə verilmişdir.


Bu adamlar Rəbbə xidmət edib oruc tutarkən Müqəddəs Ruh onlara dedi: «Barnaba ilə Şaulu Mənim tapşırdığım iş üçün ayırın».


Siz yaxud insan məhkəməsi mənim işlərimi təhlil edirsə, bu mənim üçün çox az əhəmiyyət kəsb edir; hətta mən öz işlərimi təhlil etmirəm.


O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər.


Şaulun əyanları bu sözləri Davuda eşitdirəndə o belə dedi: «Kasıb və gərəksiz adam olan mən padşahamı kürəkən olum? Məgər bu sizin gözünüzdə kiçik işdirmi?»


Bizi izlə:

Reklamlar


Reklamlar