Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SAYLAR 13:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi; hamısı İsrail övladlarının başçılarındandır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi; hamısı İsrail övladlarının başçılarındandır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Муса Рәббин әмринә ҝөрә Паран сәһрасындан онлары ҝөндәрди; һамысы Исраил өвладларынын башчыларындандыр.

Fəsildə baxın Kopyalayın




SAYLAR 13:3
11 Çarpaz İstinadlar  

İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı.


Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar.


İsrail övladlarına verəcəyim Kənan torpağına nəzər salmağa adamlar göndər; atalarının hər qəbiləsindən bir rəhbər göndər.


Paran səhrasındakı Qadeşə, Musa ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər.


Adları bunlardır: Ruven qəbiləsindən Zakkur oğlu Şammua;


Qadeş-Barneadan o torpağı gözdən keçirməyə göndərdiyim atalarınız da belə hərəkət etdilər.


Torpaqları sizə irs olaraq böləcək adamların adları belədir: kahin Eleazar və Nun oğlu Yeşua.


Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq.


Bu fikir xoşuma gəldi. Hər qəbilədən bir nəfər olmaqla aranızdan on iki nəfər götürdüm.


Rəbb sizi Qadeş-Barneadan yola salarkən belə buyurmuşdu: “Gedin, sizə verəcəyim torpağı özünüz üçün irs olaraq alın”. Siz isə Allahınız Rəbbin əmrinə qarşı çıxdınız, Rəbbə güvənmədiniz, sözünə qulaq asmadınız.


Şamuel öldü və bütün İsrail yığılıb onun üçün yas qurdu. Onu Ramada – öz evinin yanında dəfn etdilər. Sonra Davud durub Paran səhrasına endi.


Bizi izlə:

Reklamlar


Reklamlar