Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




SAYLAR 10:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Özünə yastılanmış gümüşdən iki kərənay düzəlt. Bunları icmanı çağırmaq və düşərgədəkilərin köçməsi üçün işlət.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 «Özünə yastılanmış gümüşdən iki kərənay düzəlt. Bunları icmanı çağırmaq və düşərgədəkilərin köçməsi üçün işlət.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Өэүнә јастыланмыш ҝүмүшдән ики кәрәнај дүэәлт. Бунлары иҹманы чағырмаг вә дүшәрҝәдәкиләрин көчмәси үчүн ишләт.

Fəsildə baxın Kopyalayın




SAYLAR 10:2
14 Çarpaz İstinadlar  

Ancaq Rəbbin məbədinə gətirilmiş gümüşdən məbəd üçün gümüş kasalar, maqqaşlar, piyalələr, kərənaylar və qızıl yaxud gümüş qablar düzəldilmirdi.


İlahi oxuyan Levililərin hamısı da – Asəf, Heman, Yedutun və onların oğulları ilə qohumları incə kətan geyərək sinclər, çənglər və liralarla qurbangahın şərq tərəfində dayandılar və onlarla bərabər yüz iyirmi kahin kərənay çalırdı.


Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəlt.


Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun.


Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm!


Yəhudada elan edin, Yerusəlimdə car çəkib deyin: “Ölkədə şeypur çalın!” Ucadan qışqırıb söyləyin: “Gəlin toplanıb Qalalı şəhərlərə girək!”


Şeypur çalmağa hazırlaş! Rəbbin evinin üzərinə Düşmən qartal kimi hücum çəkir. Çünki İsraillilər Mənim əhdimi pozdu, Mənim qanunuma qarşı çıxdı.


Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın. Ağsaqqalları, ölkənin bütün əhalisini Allahınız Rəbbin evinə yığın, Rəbbə fəryad qoparın.


Sionda şeypur çalın, Müqəddəs dağımda bərkdən çalın. Qoy ölkənin bütün əhalisi titrəsin, Çünki Rəbbin günü gəlir, Həmin gün yaxındadır.


Rəbb Musaya belə dedi:


Camaatı toplamaq lazım olanda çalın, amma yüksək səslə çalmayın.


Rəbb bir, iman bir, vəftiz bir,


Bizi izlə:

Reklamlar


Reklamlar