Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NƏĞMƏLƏR NƏĞMƏSİ 4:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Boynun sursat üçün tikilmiş Davud qülləsi kimi vüqarlıdır, Sanki buradan pəhləvan qalxanı olan min sipər asılmışdır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Boynun sursat üçün tikilmiş Davud qülləsi kimi vüqarlıdır, Sanki buradan pəhləvan qalxanı olan min sipər asılmışdır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Бојнун сурсат үчүн тикилмиш Давуд гүлләси кими вүгарлыдыр, Санки бурадан пәһләван галханы олан мин сипәр асылмышдыр.

Fəsildə baxın Kopyalayın




NƏĞMƏLƏR NƏĞMƏSİ 4:4
15 Çarpaz İstinadlar  

Ey Gilboa dağları, Üstünə şeh, yağış düşməsin, Qoy zəmilərin məhsul verməsin! Çünki orada ləkələndi igidlərin qalxanı, Şaulun yağ ilə silinməmiş qalxanı.


Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.


Onun yanında Mispa əyalətinin rəisi Yeşua oğlu Ezer silah anbarına çıxan yolun qarşısından divarın küncünə qədər başqa sahəni bərpa etdi.


Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən.


Boynun fil dişi qülləsi kimi gözəldir. Gözlərin Bat-Rabbim darvazası yanındakı Xeşbon hovuzuna bənzəyir. Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir.


Başın Karmel dağı kimi dik durur, Başındakı tellər tünd qırmızı rəngə çalır, Padşah zülfünün əsiri olur.


Mən bir hasaram, Döşlərim qüllələrə oxşar, Ona görə yarımın gözləri məndən razı qalar.


Sən, ey Yerusəlim, sürüyə nəzarət edən qüllə, Sion qızının qalası, Əvvəlki hakimiyyət sənə yenidən veriləcək, Yerusəlim qızının səltənəti gələcək.


O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür.


Siz Allahın qüdrəti ilə axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitəsilə qorunursunuz.


Bizi izlə:

Reklamlar


Reklamlar