Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NƏĞMƏLƏR NƏĞMƏSİ 4:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

16 Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

16 Ојан, еј шимал күләји, Дур ҝәл, еј ҹәнуб күләји, Ҝәлин мәним бағчамда әсин, Гој о, әтрини һәр јана версин. Севҝилим өэ бағчасына ҝәлсин, Сечмә мејвәләрдән јесин.

Fəsildə baxın Kopyalayın




NƏĞMƏLƏR NƏĞMƏSİ 4:16
30 Çarpaz İstinadlar  

Külək cənub səmtinə əsir, Sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, Öz yolunu təkrar edir.


özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim.


Mənim üçün sevgilim Döşlərimin arasında yatan mirra kisəsidir.


Bağrına bas məni, səninlə qaçaq, Qoy padşah məni otağına aparsın. Səninlə sevinib biz şadlanarıq, Şərabdan da artıq eşqinizi anarıq. Sənə heyran olanlar haqlıdır.


Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir.


Bu, sevgilimin hənirtisidir! O, dağlardan aşaraq, təpələrdən sıçrayaraq gəlir.


Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için!


Sevgilim öz bağçasına – Ətirli gülüstana gedib, Bağçalarda sürüsünü otarmağa, Zanbaq gülü toplamağa gedib.


Mənim də bağım var, onun sahibiyəm, Ey Süleyman, min parça gümüş sənin olsun, İki yüz gümüş kirayə alanlara qalsın.


Ya Rəbb, kaş göyləri yarıb enəydin, Dağlar hüzurunda sarsılardı!


Rəbb mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün peyğəmbərlik et, peyğəmbərlik edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər”».


Lakin İsa bunu bilərək dedi: «Niyə qadını incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.


Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırladı.


Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir».


İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!»


Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı.


Həmin lütfə görə mən başqa millətlər üçün Məsih İsanın xidmətçisi oldum ki, bir kahin kimi Allahın Müjdəsini vəz edim və başqa millətlər Müqəddəs Ruhla təqdis edilərək Allaha məqbul olan qurban olsunlar.


Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm.


özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.


Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun! Amin.


Bizi izlə:

Reklamlar


Reklamlar