Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NƏĞMƏLƏR NƏĞMƏSİ 4:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Sənin fidanların nar bağçasına oxşayır, Elə bil cənnətdir, orada seçmə meyvələr, Xına və nard çiçəkləri var.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

13 Sənin fidanların nar bağçasına oxşayır, Elə bil cənnətdir, orada seçmə meyvələr, Xına və nard çiçəkləri var.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

13 Сәнин фиданларын нар бағчасына охшајыр, Елә бил ҹәннәтдир, орада сечмә мејвәләр, Хына вә нард чичәкләри вар.

Fəsildə baxın Kopyalayın




NƏĞMƏLƏR NƏĞMƏSİ 4:13
18 Çarpaz İstinadlar  

özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim.


Padşah süfrəsində oturarkən Hər yanı nard çiçəyimin ətri bürüyür.


Mənim üçün sevgilim En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.


Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir.


Nard çiçəyi və zəfəran, Ətirli qamışla darçınlar, Hər cür buxur ağacı, Mirralar və əzvaylar, Hər cür seçmə ətriyyat var.


Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin.


Mən qoz bağına endim, Yaşıllaşan vadini görmək istədim. Üzüm tumurcuqlanıbmı, narlar çiçəklənibmi? Bunu seyr edim.


Sevgilim öz bağçasına – Ətirli gülüstana gedib, Bağçalarda sürüsünü otarmağa, Zanbaq gülü toplamağa gedib.


Qarşına düşəydim, mənə öyüd verən Anamın evinə aparaydım. Şirin şərabdan, narımın şirəsindən Sənə içirəydim.


Bütün xalqın saleh olacaq, Torpağı əbədi mülk olaraq alacaq. Onlar əkdiyim fidandır, Şöhrətimi göstərmək üçün əlimin işidir.


Torpaq zoğlarını necə cücərdirsə, Bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında Salehliyi və həmdi belə yetişdirəcək.


Heç kim yoldaşını tapdalamadan Yolundan çıxmır. Silahlar sırasını yarıb-keçirlər, Lakin salamat qalırlar.


İsa Bet-Anyada cüzamlı Şimonun evində süfrəyə oturanda bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsanın başına tökdü.


Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü.


Bizi izlə:

Reklamlar


Reklamlar