Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NƏĞMƏLƏR NƏĞMƏSİ 2:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Севҝилим аһуја, марал баласына охшајыр, Будур, һасарымыэын о тајында дајаныр, Пәнҹәрәләрдән бојланыр, бармаглыглардан бахыр.

Fəsildə baxın Kopyalayın




NƏĞMƏLƏR NƏĞMƏSİ 2:9
23 Çarpaz İstinadlar  

Seruyanın üç oğlu Yoav, Avişay və Asahel də orada idi. Asahel çöl ceyranı kimi ayaqdan iti idi.


Sevimli maralın, gözəl ceyranın Həmişə səni öz döşləri ilə doydursun, Onun eşqi ilə məst ol.


Özünü ovçunun əlindən ceyran kimi, Quşbazın əlindən quş kimi qurtar.


Evimin pəncərəsinin şəbəkəsindən Mən bayıra baxırdım.


Ey sevgilim, nə gözəlsən, Sən nə qədər şirinsən! Yaşıldır yatağımız.


Gün sərinləşənəcən, kölgələr düşənəcən, Ey sevgilim, geri qayıt, Şişuclu dağların qoynunda olan Ahuya, maral balasına bənzərsən.


Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.


Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.


Ey sevgilim, qaç, Ətir saçan dağların üstündə, Bir ahu, bir maral balası kimi ol.


Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər. İsa


Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb.


Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir,


Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb.


İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.


Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir.


Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz.


Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də səninlə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».


Sisranın anası məhəccər arxasından, Pəncərədən nigaran-nigaran baxıb çığırdı: «Nə üçün onun döyüş arabası bu qədər gecikir? Döyüş arabalarının səsi axı niyə ləngiyir?»


Bizi izlə:

Reklamlar


Reklamlar