Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NƏĞMƏLƏR NƏĞMƏSİ 1:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən, Sürülərin izi ilə get, Oğlaqlarını çoban çadırlarının yanında otar.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

8 Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən, Sürülərin izi ilə get, Oğlaqlarını çoban çadırlarının yanında otar.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

8 Еј ҝөэәлләр ҝөэәли, әҝәр јерини тапа билмәсән, Сүрүләрин иэи илә ҝет, Оғлагларыны чобан чадырларынын јанында отар.

Fəsildə baxın Kopyalayın




NƏĞMƏLƏR NƏĞMƏSİ 1:8
25 Çarpaz İstinadlar  

Mənə qulaq asan, Hər gün darvazalarım qarşısında duran, Qapılarımda dayanıb gözləyən nə bəxtiyardır!


Ey yarım, nə gözəlsən, nə gözəlsən! Göyərçin gözlüsən!


Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim.


Ey yarım, nə gözəlsən, nə gözəlsən, Yaşmaq altda gözlərin göyərçinə oxşayır, Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır.


Ay həmdəmim, ay gəlin! Sevgin necə gözəldir, Eşqin şərabdan da ləzzətlidir, Sənin ətrin ətirlərin ən gözəlidir.


Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən.


Ey gözəllər gözəli, Sevgilinin digərlərindən fərqi nədir? Onu fərqləndirən nədir? Axı niyə bizə belə and verirsən?


Ey gözəllər gözəli, sevgilin hara gedib? O hansı yana dönüb? Səninlə birgə onu axtarmağa gedək.


Rəbb belə deyir: «Yolayrıcında dayanıb baxın, Əzəldən olan yolları soruşun. Yaxşı yolun harada olduğunu öyrənin, O yolla gedin. Onda ürəyiniz dinclik tapar. Ancaq siz “o yolla getməyəcəyik” dediniz.


Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə».


Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün. Məsihçi nizam-intizamı


və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.


Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün.


siz tənbəl olmayasınız, amma vəd olunan şeyləri iman və səbirlə irs alanlardan nümunə götürəsiniz.


Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha təqdim edəndə əməllərlə saleh sayılmadımı?


Eyni tərzdə məgər fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz əməlləri ilə saleh sayılmadımı?


Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün.


Məsələn, Sara İbrahimi «ağam» deyə çağıraraq ona itaət edirdi. Siz də yaxşılıq edib heç bir qorxuya qapılmasanız, Saranın övladları olursunuz.


Bizi izlə:

Reklamlar


Reklamlar