Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NƏĞMƏLƏR NƏĞMƏSİ 1:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Јанағына дүшән бәэәкләрлә, Бојнундакы даш-гашдан олан бојунбағы илә Бах нә гәдәр ҝөэәлсән.

Fəsildə baxın Kopyalayın




NƏĞMƏLƏR NƏĞMƏSİ 1:10
14 Çarpaz İstinadlar  

Dəvələr su içib qurtaranda o adam çəkisi bir beqa olan qızıl burun sırğası, qızın qolları üçün çəkisi on şekel olan iki bilərzik götürüb dedi:


Ondan soruşdum: “Sən kimin qızısan?” O dedi: “Milkanın Naxora doğduğu Betuelin qızıyam”. Mən də onun burnuna halqa və qollarına bilərziklər taxdım.


Nökər qızıl-gümüş şeylər və paltarlar çıxarıb Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər bağışladı.


Firon öz möhürünü barmağından çıxarıb Yusifin barmağına taxdı, ona incə kətan paltar geyindirdi və boynuna qızıl zəncir asdı.


Onlar başını gözəl çələng kimi, Boynunu boyunbağı kimi bəzər.


Sənə düymələri gümüşdən Qızıl silsilə düzəldəcəyik.


Ay həmdəmim, ay gəlin! Bir baxışınla qəlbimi aldın. Ləl-cəvahiratı boynuna saldın, Gözəlliyinlə qəlbimi aldın.


Yanaqları ətirli gülüstana oxşayır, Hər yana ətir saçır, Dodaqları zanbaqlara bənzəyir, Ondan mirra tökülür.


Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.


Ona görə də hər birimiz əldə etdiyimiz qızıl əşyaları – xalxalları, bilərzikləri, üzükləri, sırğaları, boyunbağıları təqdim olaraq Rəbbə gətirdik ki, Rəbbin önündə özümüz üçün kəffarə edək.


gizli olan daxili varlığınız, həlim və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun. Bu, Allahın qarşısında çox dəyərlidir.


Bizi izlə:

Reklamlar


Reklamlar