Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NEHEMYA 5:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Mən də qardaşlarım və nökərlərimlə birgə onlara pul və taxıl borc verirəm. Gəlin bu sələmçiliyi dayandıraq.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Mən də qardaşlarım və nökərlərimlə birgə onlara pul və taxıl borc verirəm. Gəlin bu sələmçiliyi dayandıraq.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Мән дә гардашларым вә нөкәрләримлә бирҝә онлара пул вә тахыл борҹ верирәм. Ҝәлин бу сәләмчилији дајандыраг.

Fəsildə baxın Kopyalayın




NEHEMYA 5:10
18 Çarpaz İstinadlar  

Allahımızın məbədinin xidməti üçün ildə şekelin üçdə bir hissəsini verməyi öhdəmizə götürdük.


İndi isə bu gün onlara tarlalarını, bağlarını, zeytunluqlarını, evlərini, onlardan aldığınız pulun, taxılın, təzə şərabın və yağın sələmini geri qaytarın».


Ciddi düşündükdən sonra əyanlarla hökumət məmurlarını tənbeh edib belə dedim: «Siz hamınız soydaşlarınıza sələmlə pul verirsiniz». Onların əleyhinə böyük yığıncaq topladım.


Sonra mən dedim: «Etdiyiniz bu iş yaxşı deyil. Siz düşmənlərimiz olan yadelli millətlərin danlağından qurtulmaq üçün Allahımıza ehtiram göstərərək yaşamalı deyilsinizmi?


Mənim istədiyim orucsa Haqsızlığın buxovlarını qırmaq, Boyunduruğun iplərini açmaq, Sıxıntı içində olanları azad etmək, Hər cür boyunduruğu məhv etmək deyilmi?


Sələmlə borc pul verib müamilə götürürsə, Belə oğul yaşayacaqmı? Xeyr, o yaşamayacaq. Bütün bu iyrənc işləri gördüyü üçün öldürülməlidir. Ölümü üçün də özü məsuliyyət daşıyacaq.


Kimsəyə haqsızlıq etmirsə, Borclunun girovunu qaytarırsa, Soyğunçuluq etmirsə, Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə,


Sələmlə borc pul vermirsə, Müamilə götürmürsə, Pis əməldən çəkinirsə, İki adam arasında ədalətlə mühakimə edirsə,


Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər!


Demək, Rəbdən qorxmanın nə olduğunu anladığımız üçün insanları inandırmağa çalışırıq. Allaha bizim kim olduğumuz aşkardır və ümidvaram ki, sizin vicdanınıza da aşkardır.


Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın.


Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz.


Borcların bağışlanma işini belə edin: hər alacağı olan şəxs qonşusunun borcunu bağışlasın. Qonşusunu yaxud soydaşını borcunu geri qaytarmağa məcbur etməsin, çünki Rəbb tərəfindən borcların bağışlanma ili elan edilmişdir.


Bizi izlə:

Reklamlar


Reklamlar