Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NEHEMYA 3:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Çeşmə darvazasını Mispa əyalətinin rəisi Qal-Xoze oğlu Şallun bərpa edərək oranı təzədən tikib üstünü örtdü və qapı taylarını, rəzələrini, cəftələrini yerinə vurdu. O, Padşah bağçasının yanında Şelah hovuzunun divarını da Davudun şəhərindən enən pilləkənə qədər bərpa etdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

15 Çeşmə darvazasını Mispa əyalətinin rəisi Qal-Xoze oğlu Şallun bərpa edərək oranı təzədən tikib üstünü örtdü və qapı taylarını, rəzələrini, cəftələrini yerinə vurdu. O, Padşah bağçasının yanında Şelah hovuzunun divarını da Davudun şəhərindən enən pilləkənə qədər bərpa etdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

15 Чешмә дарваэасыны Миспа әјаләтинин рәиси Гал-Хоэе оғлу Шаллун бәрпа едәрәк ораны тәэәдән тикиб үстүнү өртдү вә гапы тајларыны, рәэәләрини, ҹәфтәләрини јеринә вурду. О, Падшаһ бағчасынын јанында Шелаһ һовуэунун диварыны да Давудун шәһәриндән енән пилләкәнә гәдәр бәрпа етди.

Fəsildə baxın Kopyalayın




NEHEMYA 3:15
19 Çarpaz İstinadlar  

Davud qalada məskən saldı və qalanı Davudun şəhəri adlandırdı. Sonra ətrafda, qala yamacından içəriyə doğru olan sahəni tikdi.


Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda padşah və bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan çıxıb Arava yolu ilə getdilər.


Həmin Xizqiya Gixon sularının yuxarı mənbəyini bağladı və onları yer altından qərbə doğru, Davudun şəhərinə keçirdi. Xizqiya bütün işlərində uğur qazandı.


Çeşmə darvazası yanında və onların qarşısında divar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb Davudun sarayının üst tərəfindən şərqə doğru Su darvazasına qədə getdilər.


Sonra Çeşmə darvazasına və Padşah hovuzuna tərəf getdim, lakin mindiyim heyvan o yerlərdən keçə bilmirdi.


Mən onlara dedim: «Düşdüyümüz bu pis vəziyyəti görürsünüz; Yerusəlim xarabalığa çevrilmiş, darvazalarına isə od vurulmuşdur. Gəlin Yerusəlimin divarını bərpa edək ki, bir daha rüsvayçılıq içərisində qalmayaq».


Malkiyanın və Xaşşuvun yanında Yerusəlim əyalətinin o biri yarısının rəisi Halloxeş oğlu Şallum qızları ilə birgə bərpa işləri gördü.


Peyin Darvazasını Bet-Hakkerem əyalətinin rəisi Rekav oğlu Malkiya bərpa etdi. Oranı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdu.


Onun yanında Mispa əyalətinin rəisi Yeşua oğlu Ezer silah anbarına çıxan yolun qarşısından divarın küncünə qədər başqa sahəni bərpa etdi.


Onların yanında Giveonlu Melatya, Meronotlu Yadon, Fərat çayının qərbindəki torpaqların valisinin hökmünə tabe olan Giveon və Mispa sakinləri bərpa işləri gördü.


Onların yanındakı divarı Yerusəlim əyalətinin yarı hissə rəisi Xur oğlu Refaya bərpa etdi.


Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın.


«Bu xalq sakit axan Şiloah sularını rədd edib Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə


Yeremya Mispaya Axiqam oğlu Gedalyanın yanına getdi və onunla birgə ölkədə qalan xalq arasında yaşadı.


Yaxud Şiloah qülləsi on səkkiz adamın üstünə aşıb onları öldürəndə onların Yerusəlim sakinlərinin hamısından təqsirkar olduqlarını fikirləşirsiniz?


Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı.


Bütün İsrail övladları Dandan Beer-Şevaya qədər ərazidən və Gilead torpağından Mispaya çıxdılar. İcma bir nəfər kimi Rəbbin önündə toplandı.


Binyamin övladları İsrail övladlarının Mispaya çıxdıqlarını eşitdi. Orada İsrail övladları dedilər: «Danışın görək, bu pis hadisə necə baş verdi?»


Bizi izlə:

Reklamlar


Reklamlar