Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NEHEMYA 2:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Həm də padşahın meşə nəzarətçisi Asəfə namə göndərilsin ki, məbədin yanındakı qala darvazalarına, şəhərin divarına və iqamətgahıma tirlər düzəltmək üçün mənə ağac versin». Allahın mərhəmətli əli üzərimdə olduğuna görə padşahdan nə istədimsə, mənə verdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

8 Həm də padşahın meşə nəzarətçisi Asəfə namə göndərilsin ki, məbədin yanındakı qala darvazalarına, şəhərin divarına və iqamətgahıma tirlər düzəltmək üçün mənə ağac versin». Allahın mərhəmətli əli üzərimdə olduğuna görə padşahdan nə istədimsə, mənə verdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

8 Һәм дә падшаһын мешә нәэарәтчиси Асәфә намә ҝөндәрилсин ки, мәбәдин јанындакы гала дарваэаларына, шәһәрин диварына вә игамәтҝаһыма тирләр дүэәлтмәк үчүн мәнә ағаҹ версин». Аллаһын мәрһәмәтли әли үэәримдә олдуғуна ҝөрә падшаһдан нә истәдимсә, мәнә верди.

Fəsildə baxın Kopyalayın




NEHEMYA 2:8
18 Çarpaz İstinadlar  

O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən».


Allahın nəzəri Yəhudi ağsaqqallarının üzərinə yönəlmişdi. Ona görə bu işin sorağı Daraya çatana və bu barədə məktubla cavab qayıdanadək onlar Yəhudilərin işini dayandırmadılar.


Yeddi gün sevinclə Mayasız Çörək bayramı keçirdilər, çünki onları sevindirən Rəbb idi. Rəbb İsrail Allahının evinin bərpasına kömək etmək üçün Aşşur padşahının ürəyində meyl yaratmışdı.


Mən əmr edirəm ki, Allahın bu evinin bərpasında Yəhudilərin bu ağsaqqallarına kömək edəsiniz, işlərinin dayandırılmaması üçün bu adamların xərci mütləq padşah xəzinəsindən, Fərat çayının qərb torpaqlarından yığılan vergilərdən ödənilsin.


Babildən gələn bu Ezra İsrailin Allahı Rəbbin Musaya verdiyi Qanunu yaxşı bilən ilahiyyatçı idi. Allahı Rəbbin əli onun üzərində olduğuna görə padşah Ezranın istədiyi hər bir şeyi vermişdi.


O, birinci ayın birinci günündə Babildən yola düşüb beşinci ayın birində Yerusəlimə çatdı, çünki Allahın mərhəmətli əli onun üzərində idi.


Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi.


Padşahın ürəyi Rəbbin əlindədir, Onu su arxı kimi istədiyi səmtə döndərər.


özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim.


Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın.


Bunları görüb ürəyiniz sevinəcək; Bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək. Hər kəs biləcək ki, Rəbbin qoruyucu əli qullarının, Qəzəbi isə düşmənlərinin üstündədir».


Allah hərəmağalar rəisinin gözündə Danielə lütf və rəğbət qazandırdı.


Amma bu günə qədər Allah mənim dayağımda durdu və bunun sayəsində burada durub böyükdən kiçiyə qədər hamıya şəhadət edirəm. Mənim dediklərim peyğəmbərlərin və Musanın əvvəlcədən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil.


Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz sarayında olan bütün xalqın rəhbəri təyin etdi.


Titin ürəyində sizin üçün eyni cəhdi oyadan Allaha şükür olsun!


Bizi izlə:

Reklamlar


Reklamlar