Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NEHEMYA 13:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Bir də xəbər tutdum ki, Levililərin payları onlara verilmir və xidmət edən Levililərlə ilahiçilərin hər biri öz torpağına qayıtmışdır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Bir də xəbər tutdum ki, Levililərin payları onlara verilmir və xidmət edən Levililərlə ilahiçilərin hər biri öz torpağına qayıtmışdır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Бир дә хәбәр тутдум ки, Левилиләрин пајлары онлара верилмир вә хидмәт едән Левилиләрлә илаһичиләрин һәр бири өэ торпағына гајытмышдыр.

Fəsildə baxın Kopyalayın




NEHEMYA 13:10
11 Çarpaz İstinadlar  

Kahinlər və Levililər özlərini Rəbbin Qanununa həsr etsinlər deyə onların payını verməyi Yerusəlimdə yaşayan xalqa əmr etdi.


Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər növ ağaclarımızın meyvəsinin, təzə şərablarımızın, zeytun yağımızın nübarını kahinlərə, Allahımızın məbədinin anbarına, torpaq məhsullarımızın onda bir hissəsini isə Levililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə onda bir hissəni Levililər alır.


Çünki İsrail övladları və Levililər taxılın, təzə şərabın və zeytun yağının təqdimlərini anbar otaqlarına gətirməlidir. Orada Müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qapıçıları və ilahiçilər olacaq. Beləcə biz Allahımızın məbədinə laqeyd yanaşmayacağıq.


Zerubbabilin və Nehemyanın günlərində bütün İsraillilər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı.


Yandırma qurbanı üçün Mənə quzular gətirmədin, Qurbanlarınla Mənə ehtiram etmədin. Sənə təqdimlərə görə əziyyət vermədim, Kündür təqdimləri ilə bezdirmədim.


İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. “Səndən nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız.


İsrail övladlarına əmr et ki, mülk etdikləri torpaqda yaşamaq üçün Levililərə şəhərlər versinlər. Sən şəhərlərin ətrafında Levililərə otlaqlar da ver.


Ehtiyatlı olun! Bu torpaqda yaşadığınız müddətdə Levililərə etinasız yanaşmayın.


Bizi izlə:

Reklamlar


Reklamlar