Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NEHEMYA 1:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim:

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim:

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Бу сөэләри ешитдикдә отуруб ағладым. Ҝүнләрлә јас тутдум вә ҝөјләр Аллаһынын өнүндә оруҹ тутараг дуа едиб белә дедим:

Fəsildə baxın Kopyalayın




NEHEMYA 1:4
22 Çarpaz İstinadlar  

Davud uşaq üçün Allaha yalvardı və oruc tutaraq otağına girib bütün gecəni quru yerdə uzandı.


Mənim bu yer və orada yaşayanlar barədə ‹viranəlik və lənət olsun› deyə söylədiyim sözü eşidəndə ürəyin yumşaldı və Rəbbin önündə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” belə deyir Rəbb.


O, tuncdan uzunluğu ilə eni beş qulac, hündürlüyü isə üç qulac olan bir kürsü düzəldib həyətin ortasına qoymuşdu və indi onun üstündə dururdu. Bütün İsrail camaatı önündə diz çöküb əllərini göyə açdı.


«Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi.


Ezra Allah evinin qarşısında ağlayıb yerə sərilərək dua və etiraf edərkən İsraillilərdən çox böyük bir camaat – kişilər, qadınlar və uşaqlar onun yanına yığıldı. Xalq da acı-acı ağlayırdı.


Mən bu sözü eşidəndə paltarımla cübbəmi cırıb saç-saqqalımı yolaraq çarəsiz oturdum.


Axşam qurbanı vaxtı pərişan halda ayağa qalxdım. Paltarım və cübbəm cırıq idi. Dizüstə oturub əllərimi Allahım Rəbbə açıb


Mən onlara cavab verərək dedim: «Göylərin Allahı işimizi uğurlu edəcək. Onun qulları olan bizlər qalxıb buranı bərpa edəcəyik. Sizin isə Yerusəlimdə nə payınız, nə haqqınız, nə də adınız olacaq».


Padşah isə mənə dedi: «Sən məndən nə diləyirsən?» Mən göylərin Allahına dua edərək padşaha dedim:


O günlər mən Daniel üç həftə yas tutdum.


bu sirr barədə göylərin Allahından mərhəmət diləsinlər və Daniellə onun yoldaşları başqa Babil müdrikləri ilə birgə məhv olmasın.


Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum, oruc tutaraq dua və yalvarışla Onu axtardım.


Yunus cavab verdi: «Mən İbraniyəm. Dənizi və torpağı yaradan göylərin Allahı Rəbdən qorxuram».


Bayram gününü qeyd edən kimi Mən sənin üzərindən bəlaları götürəcəyəm ki, Onlara görə xəcalətli olmayasan.


Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.


Bizi izlə:

Reklamlar


Reklamlar