Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NAHUM 2:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Gümüşü talan edin, qızılı oğurlayın, Sərvətlərin sonu yoxdur, Bol miqdarda qiymətli əşyalar var.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Gümüşü talan edin, qızılı oğurlayın, Sərvətlərin sonu yoxdur, Bol miqdarda qiymətli əşyalar var.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Ҝүмүшү талан един, гыэылы оғурлајын, Сәрвәтләрин сону јохдур, Бол мигдарда гијмәтли әшјалар вар.

Fəsildə baxın Kopyalayın




NAHUM 2:9
12 Çarpaz İstinadlar  

Bahar gələndə Navuxodonosor onu Rəbbin məbədinin qiymətli əşyaları ilə birgə Babilə gətirtdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi.


Vay halına, ey yıxıb-dağıdan, Amma özü yıxılmayan insan! Vay halına, ey xain adam, Hərçənd sənə qarşı xəyanət etməmişlər! Sən məhv edib qurtaran zaman Özün də yıxılacaqsan, Sən xain əməllərindən dönəndə Xəyanətlə rastlaşacaqsan.


Çəyirtkələr tarlanı nə cür talan edirlərsə, Ey millətlər, qənimətiniz də o cür talan olacaq. Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar.


Ey çobanlar, ağlayıb fəryad edin, Ey sürü başçıları, torpaqda eşələnin. Çünki qətl olunma, Pərən-pərən salınma vaxtınız çatdı. Siz qiymətli bir qab kimi yıxılacaqsınız.


Nə üçün mən bunu gördüm? Onlar dəhşətə düşüb geri döndü, Döyüşçüləri məğlub oldu, Tez qaçıb heç geriyə də baxmadı. Hər tərəfdə dəhşət var!» Rəbb belə bəyan edir.


Çünki Babilə qarşı bir məhv edən çıxacaq, Döyüşçüləri əsir tutulacaq, Kamanları qırılacaq. Çünki Rəbb əvəz verən bir Allahdır, Mütləq cəzalandıracaq.


Onlar sərvətini talan edəcək, ticarət mallarını qarət edəcək. Sənin divarlarını dağıdacaq, gözəl evlərini uçuracaq, daşlarını, taxtalarını və töküntülərini suya atacaqlar.


Hətta onların allahlarını, tökmə bütlərini qiymətli qızıl və gümüş qabları ilə birlikdə Misirə çəkib aparacaq. Bir neçə il ərzində şimal padşahını rahat buraxacaq.


Gözətçilərin çəyirtkə kimi, Məmurların çəyirtkə sürüsü kimidir – Soyuq gündə çəpərlərə yerləşir, Gün doğanda uçub gedir, Getdikləri yer bilinmir.


qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı;


«Vay, vay halına, İncə kətan, tünd qırmızı, al rəngli Parçalardan paltar geyən, Qızıl, qiymətli daşlar və mirvarilərlə Bəzənən böyük şəhər!


Bizi izlə:

Reklamlar


Reklamlar