Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




NAHUM 1:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Dənizə əmr edib onu qurudar, Bütün çayların sularını da qurudar, Başan və Karmel meşələri saralır, Livanın gül-çiçəyi solur.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Dənizə əmr edib onu qurudar, Bütün çayların sularını da qurudar, Başan və Karmel meşələri saralır, Livanın gül-çiçəyi solur.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Дәниэә әмр едиб ону гурудар, Бүтүн чајларын суларыны да гурудар, Башан вә Кармел мешәләри саралыр, Ливанын ҝүл-чичәји солур.

Fəsildə baxın Kopyalayın




NAHUM 1:4
22 Çarpaz İstinadlar  

Allah Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada saldı. Allah yer üzünə külək göndərdi və su azalmağa başladı.


Rəbbin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Dənizin dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı.


O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, Qürurlu dalğaların burada dursun”.


Ölkə yas tutur, zəifləyir, Livan məğlub olub, solub, Şaron səhraya dönür, Başan və Karmelin ağacları yarpaqlarını tökür.


Dağları, təpələri dağıdacağam, Bütün yaşıllıqlarını qurudacağam, Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam.


Dərin sulara “Quru! Mən çaylarını qurudacağam” söyləyən,


Dənizi, dərin suları Sən qurutmadınmı? Satın alınan xalqının keçməsindən ötrü Dənizin dərinliklərini yola çevirən Sən deyildinmi?


Çayları qurudub, Ölkəni pis adamlara satacağam. Ölkəni də, orada olan hər şeyi də Yadellilərin əli ilə viran edəcəyəm” Mən Rəbb bunu söylədim.


Dənizdəki balıqlar, göydəki quşlar, çöldəki heyvanlar, yerdə sürünən bütün canlılar və yer üzündəki bütün insanlar önümdə titrəyəcək. Dağlar yerlə yeksan olacaq, sıldırım qayalar uçacaq, bütün divarlar yıxılacaq.


Amos belə dedi: «Rəbb Siondan nərə çəkir, Yerusəlimdən guruldayır. Bundan otlaqlar solur, Karmel dağının başı quruyur.


Odur Ülkər və Orion bürclərini yaradan, Qaranlığı aydın səhərə çevirən, Gündüzü gecə edib qaraldan, Dəniz sularını götürüb yer üzünə tökən – Onun adı Rəbdir.


İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü.


yuxarıdan axan sular çox uzaqda Sartan yanında olan Adam şəhərində yığın halında dayanıb qalxdı. Arava dənizinə, yəni Duz dənizinə axan sular tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi.


Bizi izlə:

Reklamlar


Reklamlar