Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MƏRSİYƏLƏR 5:21 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

21 Ya Rəbb, bizi Özünə qaytar, Təzədən əvvəlki günlərimizə qayıdaq!

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

21 Ya Rəbb, bizi Özünə qaytar, Təzədən əvvəlki günlərimizə qayıdaq!

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

21 Ја Рәбб, биэи Өэүнә гајтар, Тәэәдән әввәлки ҝүнләримиэә гајыдаг!

Fəsildə baxın Kopyalayın




MƏRSİYƏLƏR 5:21
19 Çarpaz İstinadlar  

Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən».


Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq.


Övladları əvvəlki kimi olacaq, İcması önümdə möhkəm duracaq. Onları sıxışdıranların hamısını cəzalandıracağam.


Bəli, Mən Efrayimin nalələrini eşitdim: «Sən məni Öyrədilməmiş dana kimi tərbiyələndirdin, Mən də tərbiyə aldım. Məni geri qaytar, qayıdım, Çünki Allahım Rəbb Sənsən.


Səni yenidən ayağa qaldıracağam, Sən də ayağa qalxacaqsan, Ey bakirə qıza bənzəyən İsrail! Sən yenə dəflərinlə bəzənib Şadlıq edənlərlə birgə rəqsə qoşulacaqsan.


Rəbb belə deyir: “Deyirsiniz ki, bu şəhər viran olmuş, insansız və heyvansız qalmışdır. Ancaq tərk edilmiş, insansız və heyvansız qalmış Yəhuda şəhərlərində, Yerusəlim küçələrində


Dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin, Negev, Binyamin bölgəsinin şəhərlərində, Yerusəlimin ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində sürülər yenə çoban dəyənəyinin altından keçəcək” Rəbb belə deyir.


Xudavənd Rəbb belə deyir: “Mən İsrail nəslinin xahişini qəbul edib onlar üçün bunu edəcəyəm: əhalisini sürü kimi çoxaldacağam.


Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim, Ya Rəbb, gördüyün işlərə görə qorxdum. Bizim vaxtımızda da eyni işlər gör, Bizim dövrümüzdə bunları bildir! Qəzəblənəndə mərhəmətini xatırla!


Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək.


Bizi izlə:

Reklamlar


Reklamlar