Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MƏRSİYƏLƏR 4:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Hər an boş yerə yardım gözləməkdən Gözlərimiz taqətdən düşdü, Bizi qurtara bilməyən milləti Hey gözlədik, gəlmədi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

17 Hər an boş yerə yardım gözləməkdən Gözlərimiz taqətdən düşdü, Bizi qurtara bilməyən milləti Hey gözlədik, gəlmədi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

17 Һәр ан бош јерә јардым ҝөэләмәкдән Ҝөэләримиэ тагәтдән дүшдү, Биэи гуртара билмәјән милләти Һеј ҝөэләдик, ҝәлмәди.

Fəsildə baxın Kopyalayın




MƏRSİYƏLƏR 4:17
15 Çarpaz İstinadlar  

Misir padşahı bir daha öz ölkəsindən kənara çıxmadı, çünki Misir vadisindən Fərat çayına qədər Misir padşahının əvvəllər işğal etdiyi hər yeri Babil padşahı tutmuşdu.


Kuşa güvənən, Misirlə fəxr edən xalq qorxacaq və xəcalətə düşəcək.


Ölümlə bağladığınız əhd ləğv olunacaq, Ölülər diyarı ilə razılığınız qüvvədən düşəcək. Ölkəyə böyük bəla gələndə sizi məhv edəcək.


Bəs Şixor suyundan içmək üçün Misirə niyə gedirsən? Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən?


Nə üçün tez-tez dolanıb dönüklük edirsən? Aşşurda pərt olduğun kimi Misirdə də pərt olacaqsan.


Oradan da əllərinlə başını tutub çıxacaqsan, Çünki bel bağladıqlarını Rəbb rədd etdi, Onlarla uğur qazana bilməyəcəksən”.


Biçin sona çatdı, yay qurtardı, Biz xilas olmadıq».


Müttəfiqlərimi çağırdım, Lakin məni aldatdılar, Kahinlərim, ağsaqqallarım cana gəlmək üçün Yemək axtardılar, Amma şəhərin içindəcə canlarını tapşırdılar.


Yerusəlim sıxıntı içində avara gəzərkən Ötən günlərdə olan bütün sərvətini xatırlayır, Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur. Düşmənləri ona baxır, Yıxılmağına gülür.


Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq.


Misir bir daha İsrail xalqının güvəndiyi yer olmayacaq. Misirlilər onlara Misirə qayıtmaqla günah etdiklərini xatırladacaqlar. İsraillilər onda biləcəklər ki, Xudavənd Rəbb Mənəm”».


Bizi izlə:

Reklamlar


Reklamlar