Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MƏRSİYƏLƏR 4:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 Rəbb Özü onları pərən-pərən saldı, Onlara yenidən baxmaz, O daha kahinlərə hörmət etmir, Ağsaqqallara xeyirxahlıq göstərmir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

16 Rəbb Özü onları pərən-pərən saldı, Onlara yenidən baxmaz, O daha kahinlərə hörmət etmir, Ağsaqqallara xeyirxahlıq göstərmir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

16 Рәбб Өэү онлары пәрән-пәрән салды, Онлара јенидән бахмаэ, О даһа каһинләрә һөрмәт етмир, Ағсаггаллара хејирхаһлыг ҝөстәрмир.

Fəsildə baxın Kopyalayın




MƏRSİYƏLƏR 4:16
20 Çarpaz İstinadlar  

Lənət olsun vəhşi qəzəblərinə, Lənət olsun qəddar hiddətlərinə. Onları Yaqubda ayıracağam, İsraildə səpələyəcəyəm.


Rəbb onların üzərinə Xaldeylilərin padşahını göndərdi. O da Müqəddəs məkanlarında onların cavanlarını qılıncla öldürdü, yeniyetməyə və bakirə qıza, qocaya və zəifə rəhm etmədi, Rəbb hamısını ona təslim etdi.


Nə xalqla kahin arasında, Nə nökərlə ağası arasında, Nə qarabaşla xanımı arasında, Nə alıcı ilə satıcı arasında, Nə borc verənlə borc alanın arasında Nə də sələmçi ilə borc alan arasında Heç bir fərq qoyulmayacaq.


Öz xalqıma qəzəbləndim, İrsimi kiçildib sənə verdim. Lakin sən onların halına acımadın, Hətta yaşlılara da ağır boyunduruq yüklədin.


Yəhuda padşahı Xizqiya oğlu Menaşşeyə, onun Yerusəlimdə etdiyi işlərə görə onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam”.


Onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onlar sürgün etdiyim hər yerdə rüsvay olub ibrətə çevriləcək, kinayə və lənət qazanacaqlar.


Keşikçilər rəisi Nevuzaradan başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astanada keşik çəkən üç nəfəri əsir aldı.


Ya Rəbb, indi bax, xalqının halını gör! Kiminlə belə rəftar etmisən? Analar uşaqlarını, əziz balalarınımı yesin? Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin?


Çardağını viranə bağlar tək qırıb tökdü, Görüş yerlərini xarabalığa çevirdi, Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu, Qəzəbi ilə padşahını, kahinini atdı.


Başçılar əllərindən asılıb, Ağsaqqallar hörmətdən düşüb.


Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər tərəfə sovuracağam».


Rəbb sizi düşmənlərinizin önündə məğlub edəcək, onlara bir yoldan hücum edəndə önlərindən yeddi yolla qaçacaqsınız. Dünyanın bütün ölkələrinə dəhşətli ibrət olacaqsınız.


Dedim: ‹Qoy onları uzaqlara dağıdım, Onları insanların yaddaşından çıxarım›.


Bu Əhd Atalarını Misir torpağından çıxartmaq üçün Əllərindən tutduğum gün Onlarla bağladığım əhdə bənzəməyəcək. Çünki onlar əhdimə sadiq qalmadılar, Mən də onlardan üz döndərdim” Rəbb belə bəyan edir.


Bizi izlə:

Reklamlar


Reklamlar