Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MƏRSİYƏLƏR 3:37 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

37 Xudavənd əmr verməsə, Kimin dediyi həyata keçər?

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

37 Xudavənd əmr verməsə, Kimin dediyi həyata keçər?

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

37 Худавәнд әмр вермәсә, Кимин дедији һәјата кечәр?

Fəsildə baxın Kopyalayın




MƏRSİYƏLƏR 3:37
16 Çarpaz İstinadlar  

Padşah dedi: «Ey Seruya oğulları, axı məndən sizə nə? Madam ki lənət edir, demək Rəbb ona “Davuda lənət et” deyib. Elə isə kim ona “belə etmə” deyə bilər?»


Bir adam nişan almadan yay çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Döndər və məni döyüşdən çıxar, çünki yaralanmışam».


Elişa hələ danışarkən qasid onun yanına gəlib dedi: «Bax bu bəlanı göndərən Rəbdir. Nə üçün daha Rəbdən kömək gözləyək?»


Amma bunları qəlbində gizlətdin. Mən isə bilirəm, fikrində bu şeylər var:


Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi.


Firon onlara dedi: «Əgər mən sizi arvad-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var.


İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.


İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər.


Heç bir hikmət, dərrakə, ibrət Rəbbin qarşısında dayana bilməz.


Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.


«Bax Mən yalançı yuxular görüb peyğəmbərlik edənlərə qarşıyam» Rəbb belə bəyan edir. «Onlar bu yuxuları danışıb yalanları və boş lovğalıqları ilə xalqımı yoldan azdırır. Onları Mən göndərmədim, onlara heç nə buyurmadım. Bu xalqa heç bir faydaları yoxdur» Rəbb belə bəyan edir.


Dünyada yaşayanların hamısı heç bir şey sayılır. O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında Öz hökmünü yeridir. Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur.


Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm».


Hər şeyi Öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq ki,


Bizi izlə:

Reklamlar


Reklamlar