Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MƏRSİYƏLƏR 3:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

22 Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

22 Рәббин мәһәббәтинә ҝөрә мәһв олмадыг, Чүнки мәрһәмәти түкәнмәэдир.

Fəsildə baxın Kopyalayın




MƏRSİYƏLƏR 3:22
20 Çarpaz İstinadlar  

Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşməkdənsə qoy Rəbbin əlinə düşək, çünki Onun rəhmi çoxdur».


Lakin Sən böyük mərhəmətinə görə İsrail övladlarını məhv olmağa qoymadın, onları tərk etmədin, çünki Sən lütfkar və rəhmli Allahsan.


Allah isə rəhmlidir, günahı bağışlayır, Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, Hiddətini tamamilə oyanmağa qoymayır.


Get, bu sözləri şimal səmtinə elan edib söylə: “Ey dönük İsrail, geri qayıt” Rəbb belə bəyan edir. “Sənə qəzəblə baxmayacağam, çünki Mən mərhəmətliyəm” Rəbb belə bəyan edir. “Əbədi kin saxlamaram.


Çünki Mən səninləyəm, Səni qurtaracağam” Rəbb belə bəyan edir. “Səni aralarına apardığım Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Səni ədalətlə tərbiyələndirəcəyəm, Amma cəzasız da qoymayacağam”.


Efrayim əziz oğlum deyilmi? Mənim razı olduğum övlad deyilmi? Hər dəfə əleyhinə danışanda Yenə onu yadıma salıram. Ürəyim onun üçün sızlayır, Ona hədsiz rəhmim gəlir» Rəbb belə bəyan edir.


Mərhəmət və bağışlamaq isə Xudavənd Allahımıza məxsusdur, çünki biz Ona qarşı üsyan etmişik.


«Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları!


Onun mərhəməti də nəsildən-nəslə Ondan qorxanlara göstərilər.


Bizi izlə:

Reklamlar


Reklamlar