Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MƏRSİYƏLƏR 2:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Qorxduqlarımı hər yandan çağırmısan, Elə bil bayrama dəvət etmisən. Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı, Onların arasından sağ qalan olmadı, Sevə-sevə övlad böyütmüşdüm, Onları düşmənim həlak etdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

22 Qorxduqlarımı hər yandan çağırmısan, Elə bil bayrama dəvət etmisən. Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı, Onların arasından sağ qalan olmadı, Sevə-sevə övlad böyütmüşdüm, Onları düşmənim həlak etdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

22 Горхдугларымы һәр јандан чағырмысан, Елә бил бајрама дәвәт етмисән. Рәббин гәэәб ҝүнүндә гачыб-гуртулан олмады, Онларын арасындан сағ галан олмады, Севә-севә өвлад бөјүтмүшдүм, Онлары дүшмәним һәлак етди.

Fəsildə baxın Kopyalayın




MƏRSİYƏLƏR 2:22
16 Çarpaz İstinadlar  

Rəbb onların üzərinə Xaldeylilərin padşahını göndərdi. O da Müqəddəs məkanlarında onların cavanlarını qılıncla öldürdü, yeniyetməyə və bakirə qıza, qocaya və zəifə rəhm etmədi, Rəbb hamısını ona təslim etdi.


Bu bəla hər gələndə sizə toxunacaq. O hər səhər, gecə-gündüz keçəcək. Bu xəbəri anlayanda dəhşətə gələcəksiniz.


Buna görə də Rəbb belə deyir: “Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər. Onlar Mənə üz tutub fəryad edəcək, amma Mən onları eşitməyəcəyəm.


Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən? Məgər Siona nifrət edirsən? Niyə bizi elə vurdun ki, Sağaltmaq mümkün olmasın? Sülh gözlədik, amma xeyir gəlmədi. Şəfa vaxtını gözlədik, Ancaq dəhşət gəlir.


Ertəsi gün Paşxur Yeremyanı kündədən çıxartdı. Yeremya ona dedi: «Rəbb sənin adını Paşxur deyil, Maqor-Missaviv qoydu.


Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”.


İndi İsrailin Allahı – Ordular Allahı Rəbb belə deyir: “Kişinizi də, qadınınızı da, uşağınızı da, südəmərinizi də Yəhuda içində qırıb-çatacağam ki, sizdən heç kəs sağ qalmasın.


Nə üçün mən bunu gördüm? Onlar dəhşətə düşüb geri döndü, Döyüşçüləri məğlub oldu, Tez qaçıb heç geriyə də baxmadı. Hər tərəfdə dəhşət var!» Rəbb belə bəyan edir.


Çölə çıxma, yola düşmə, Çünki düşməndə qılınc, Hər tərəfdə dəhşət var.


Doğulan övladlarınız, torpaqlarınızın məhsulları, mal-qara və qoyun-keçilərinizin balaları lənətə düçar olacaq.


Bizi izlə:

Reklamlar


Reklamlar