Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MƏRSİYƏLƏR 2:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 Bütün düşmənlərin səni ələ salır, Fitə basır, diş qıcıdır, «Onu udduq, Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

16 Bütün düşmənlərin səni ələ salır, Fitə basır, diş qıcıdır, «Onu udduq, Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

16 Бүтүн дүшмәнләрин сәни әлә салыр, Фитә басыр, диш гыҹыдыр, «Ону уддуг, Бу ҝүнүн һәсрәтини чәкдик, ахыр ки буну ҝөрдүк» дејирләр.

Fəsildə baxın Kopyalayın




MƏRSİYƏLƏR 2:16
31 Çarpaz İstinadlar  

Xarabalığa, viranəliyə dönmüşdün, Ölkən yerlə yeksan olmuşdu. Amma indi bu torpaq sakinlərin üçün dar olacaq, Səni xaraba qoyanlar səndən uzaqda duracaq.


bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm”».


Onları qılınc, aclıq və vəba ilə təqib edəcəyəm, yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onları qovduğum bütün millətlərin arasında lənət, dəhşət, rişxənd və rüsvayçılıq hədəfi olacaqlar”.


İsrail dağılmış bir sürüyə bənzər, Onu aslanlar qaçırtdı. Onu əvvəl Aşşur padşahı yedi, Sonra Babil padşahı Navuxodonosor Onun sümüklərini qırdı».


Kim onları tapdısa, yedi. Düşmənləri dedi: “Biz təqsirkar deyilik, Çünki onlara əsl otlaq olan Rəbbə – Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”.


«Babil padşahı Navuxodonosor Bizi əzib yedi, Boş bir qaba çevirdi. Canavar kimi uddu, Gözəl yeməklərimizlə qarnını doydurdu. Sonra bizi qusdu.


Necə ah-zar çəkdiyimi eşidiblər, Amma mənə təsəlli verən yoxdur, Düşmənlərim bu əziyyətimdən xəbər tutdu, Onlar başıma gələnlərə sevinir, Elan etdiyin günü yetir! Qoy onlar mənim vəziyyətimə düşsün.


Bütün düşmənlərimizin bizə qarşı Ağızları açıldı.


Xudavənd Rəbb belə deyir: “Sən bacının kasasından içəcəksən. O dərin və genişdir. Sənə gülüb istehza edəcəklər, Çünki dopdolu bir kasadır.


Xudavənd Rəbb belə deyir: “Filiştlilər Yəhudadan qisas alaraq pis rəftar etdi, ürəklərindəki əbədi ədavətlə onu yerlə yeksan edərək intiqam aldı”.


Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz.


Xudavənd Rəbb belə deyir: “İndi ki siz əllərinizi bir-birinə vurub ayaqlarınızı yerə döydünüz və İsrail torpağını təhqir edib fəlakətinə bütün qəlbinizlə sevindiniz,


Buna görə də peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi viran etdilər, hər tərəfdən sıxışdırıb tapdaladılar, başqa millətlər mülkünüzə sahib oldu, dillərə düşdünüz və xalqın dedi-qodusuna çevrildiniz”.


Qəzəb və hiddətimlə, qızğın məzəmmətlərimlə səni cəzalandırarkən ətrafında olan millətlər üçün rüsvayçılıq, təhqir, ibrət və dəhşət hədəfi olacaqsan. Mən Rəbb bunu söylədim.


İsrail udulmuşdur, İndi onlar millətlər arasında Heç kəsin bəyənmədiyi bir qab kimi oldu.


Amma indi çox millətlər Sənə qarşı birləşib belə deyir: «Qoy Sion rüsvay olub murdarlansın! Bunu öz gözümüzlə görək!»


Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar.


Bizi izlə:

Reklamlar


Reklamlar