Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MƏRSİYƏLƏR 2:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Ағламагдан ҝөэләримин нуру ҝедир, Ҹаным әэабдан јаныр. Әэиэ халгым гырылдығына ҝөрә үрәјимдән ган ахыр. Чүнки шәһәр мејданларындакы Көрпәләрин, ушагларын һушу башындан чыхыр.

Fəsildə baxın Kopyalayın




MƏRSİYƏLƏR 2:11
26 Çarpaz İstinadlar  

Onun oxçuları ətrafımı aldı, Aman vermədən böyrəklərimi deşdilər, Ödümü yerə tökdülər.


Ürəyim çırpınır, rahatlığı yoxdur, Ağır günlər qarşımı kəsdi.


Buna görə mən belə dedim: «Məni tənha qoyun, qoy acı-acı ağlayım, Əziz xalqım məğlub olduğuna görə Mənə təsəlli verməyə cəhd göstərməyin».


Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!


Övladların taqətdən düşüb, Rəbbin qəzəbi, Allahının məzəmməti üzərlərindədir. Onlar tələyə düşmüş cüyür kimi Hər küçə başında uzanıb.


Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz Dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım Ağır bir yara aldı, Şiddətli bir zərbə yedi.


Ah, sinəmdəki dərdim! Əzabdan qıvrılıram. Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm. Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm.


İndi İsrailin Allahı – Ordular Allahı Rəbb belə deyir: “Kişinizi də, qadınınızı da, uşağınızı da, südəmərinizi də Yəhuda içində qırıb-çatacağam ki, sizdən heç kəs sağ qalmasın.


Baxın uzaq ölkədən Əziz xalqımın fəryadını eşidirəm: «Məgər Rəbb Sionda yoxdur? Onun padşahı orada deyilmi? Onlar nə üçün oyma bütləri, Yad olan puç şeyləri ilə Məni qəzəbləndirirlər?


Oranın bütün xalqı zarıyır, çörək axtarır, Canlarını taqətə gətirmək üçün Sərvətlərinin əvəzinə azuqə alır. «Ya Rəbb, indi bax, halımı gör, Bir səfilə dönmüşəm».


Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb.


Ya Rəbb, bax dara düşmüşəm, Canım əzabdan yanır. Çox üsyankarlıq etmişəm, Buna görə ürəyim üzülür. Bayırdakı qılınc məni övladsız qoyur, Ölüm evimi içəridən bəzəyir.


Buna görə ürəklərimiz çəkilib, Gözlərimiz qaralıb,


Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər.


Buna görə Davud yanına yığılan camaatla birgə taqətdən düşənə qədər hönkürüb ağladı.


Bizi izlə:

Reklamlar


Reklamlar