Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MİKEYA 4:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Bütün xalqlar, Öz allahlarının adı ilə getsələr belə, Biz daim və əbədi Allahımız Rəbbin adı ilə gedirik.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Bütün xalqlar, Öz allahlarının adı ilə getsələr belə, Biz daim və əbədi Allahımız Rəbbin adı ilə gedirik.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Бүтүн халглар, Өэ аллаһларынын ады илә ҝетсәләр белә, Биэ даим вә әбәди Аллаһымыэ Рәббин ады илә ҝедирик.

Fəsildə baxın Kopyalayın




MİKEYA 4:5
19 Çarpaz İstinadlar  

İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol.


Ancaq hər millət öz allahının bütünü düzəltdi. Onları yaşadıqları şəhərlərdə Samariyalıların səcdəgahlarda tikdikləri məbədlərə qoydular:


Onlar bu günə qədər də əvvəlki adətlərinə görə davranırlar və Rəbbə sitayiş etmirlər, adını İsrail qoyduğu Yaqubun nəslinə Rəbbin buyurduğu qaydalara, hökmlərə, qanunlara və əmrlərə əməl etmirlər.


Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.


Ey Allahımız Rəbb, Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü, Lakin biz yalnız Sənin adını tanıyırıq.


Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir.


Onlarla əbədi bir əhd bağlayacağam. Onlara yaxşılıq etməkdən dönməyəcəyəm, ürəklərinə Öz qorxumu qoyacağam ki, Məndən heç vaxt ayrılmasınlar.


Onları Rəbdə qüvvətləndirəcəyəm, Onlar da Rəbbin adı ilə yaşayacaq» Rəbb belə bəyan edir.


O, əvvəlki nəsillərin dövründə yaşayan bütün millətlərə öz yolları ilə getməyə izin verdi.


Bu gün sizə buyurduğum kimi Allahınız Rəbbin sözlərinə qulaq asıb Onun əmrlərinə, qanunlarına və qaydalarına əməl edin».


Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün.


Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.


Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək».


Bizi izlə:

Reklamlar


Reklamlar