Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MATTA 23:23 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

23 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda birini verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

23 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

23 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda birini verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

23 Вај һалыныэа, еј илаһијјатчылар вә фарисејләр – икиүэлүләр! Чүнки сиэ нанә, шүјүд вә эирәнин онда бирини верирсиниэ, лакин Ганунун даһа ваҹиб ишләрини, әдаләти, мәрһәмәти вә иманы атырсыныэ. Амма онда бирини вермәклә јанашы бунлары да јеринә јетирмәли идиниэ.

Fəsildə baxın Kopyalayın




MATTA 23:23
16 Çarpaz İstinadlar  

Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər.


O, torpağı hamarlayandan sonra qara çörək otunu, zirəni səpməzmi? Buğdanı sıra ilə, arpanı ayırdığı yerə, pərinci də onun yanına əkməzmi?


Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin.


Çünki Mən qurban deyil, Məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm.


Torpağın məhsulundan – onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur və Onun üçün təqdis edilib.


Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?


Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz.


Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız.


Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».


Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.


Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”.


Şamuel isə dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır.


Bizi izlə:

Reklamlar


Reklamlar