Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MATTA 12:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Будур, орада әли гурумуш бир адам вар иди. Бәэи адамлар Исаны иттиһам етмәк мәгсәди илә «Шәнбә ҝүнү шәфа вермәјә иҹаэә вармы?» дејә сорушдулар.

Fəsildə baxın Kopyalayın




MATTA 12:10
21 Çarpaz İstinadlar  

Çünki axmaq səfeh-səfeh danışır, Ürəyinin niyyəti pislik etməkdir. Onun işi küfr edib, Rəbbə qarşı təhqiranə danışmaq, Acları ac, susuzları susuz qoymaqdır.


Üsyankar olub Rəbbi rədd etdik, Allahımızın ardınca getmədik, Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq, Yalan kəlmələri ürəyimizdə gizlətdik, Sonra aşkara çıxartdıq.


Məhkəmədə ədalətlə işə baxan yoxdur, Doğruluqla özünü müdafiə edən yoxdur, Boş sözlərə güvənirlər, aldadırlar, Əziyyətə hamilə olub pislik doğurlar.


Sürünü tərk edən yaramaz çobanın vay halına! Qılınc onun qolunu və sağ gözünü vursun! Qoy onun qolu qurusun, sağ gözü kor olsun!”»


Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü qadağan olunan işləri görürlər».


Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?»


Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox.


Onlar fürsət axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlə Onu tələyə salsınlar.


Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox».


Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?»


onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim.


Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır».


Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır».


Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı.


Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz?


Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı.


Onda fariseylərdən bəzisi dedi: «Bu Adam Allahdan gəlməyib, çünki Şənbə gününə riayət etmir». Başqaları isə dedi: «Günahkar adam belə əlamətləri necə göstərə bilər?» Onların arasında fikir ayrılığı düşdü.


Bizi izlə:

Reklamlar


Reklamlar