Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MARK 16:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

16 İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

16 Иман едиб вәфтиэ олан кәс хилас олаҹаг, иман етмәјәнсә мәһкум олаҹаг.

Fəsildə baxın Kopyalayın




MARK 16:16
36 Çarpaz İstinadlar  

Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin;


«Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».


Yol kənarına düşənlərsə kəlamı eşidənlərdir. Sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəyindən götürüb aparır.


Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız.


Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır.


İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz.


Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib.


İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».


İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.


Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim».


Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, O Mənəm, günahlarınız içində öləcəksiniz».


Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır».


iman edən hər kəs bu İnsanda saleh sayılacaq.


Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq.


Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız.


Onun sözünü qəbul edənlər vəftiz oldu. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu.


İndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq günahlarını yu”.


Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər?


Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır.


O zaman Rəbbimiz İsa Allahı tanımayanlardan və Özü barədə olan Müjdəyə itaət etməyənlərdən qisas alacaq.


Belə ki həqiqətə inanmayıb haqsızlıq etməkdən zövq alanların hamısı mühakimə olunsun.


Məsih vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz. Beləliklə, imanınız və ümidiniz Allaha bağlıdır.


Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani çirki yumaqdan ötrü deyil, təmiz vicdanla Allah qarşısında söz vermək üçündür.


Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı.


Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür».


Bizi izlə:

Reklamlar


Reklamlar