Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MALAKİ 4:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 О, аталарын үрәкләрини оғулларына, оғулларынын үрәкләрини исә аталарына тәрәф дөндәрәҹәк ки, даһа Мән ҝәлиб өлкәни ләнәтләјиб мәһв етмәјим».

Fəsildə baxın Kopyalayın




MALAKİ 4:6
28 Çarpaz İstinadlar  

Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək.


Bu səbəbə görə Lənət yer üzünü məhv edir. Yer üzünün sakinləri Günahlarının cəzasını çəkir, Buna görə yanır, Çox az adam sağ qalacaq.


Nida edənin səsi gəlir: «Səhrada Rəbbin yolunu hazırlayın, Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin.


Buna görə də Mən İbadətgahın rəhbərlərini murdarlığa vadar etdim. Yaqub nəslini qırğına, İsraili isə rəzalətə məhkum etdim.


Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün,


Sizin adınız seçilmiş xalqımın Ağzında ancaq lənət kimi qalacaq. Xudavənd Rəbb sizi öldürəcək, Öz qullarına isə başqa ad verəcək.


Bütün İsraillilər Sənin qanununu pozub azdı, Sənin sözünə qulaq asmadı. Buna görə də Allahın qulu Musanın Qanununda yazılmış lənət başımıza yağdı və and yerinə yetdi, çünki Ona qarşı günah etdik.


Mən də daha ölkədə yaşayan xalqa acımayacağam» bəyan edir Rəbb. «Hər kəsi öz qonşusuna və padşahına təslim edəcəyəm. Ölkəni dağıdacaqlar, Mən də xalqı əllərindən qurtarmayacağam.


Bütün ölkədə Xalqın üçdə ikisi vurulub-öldürüləcək, Üçdə biri isə sağ qalacaq» Bəyan edir Rəbb.


Yerusəlimə hücum edən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Ayaq üstə olanda bədənləri, hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək.


Mən bütün millətləri Yerusəlimə qarşı müharibə etmək üçün toplayacağam. Şəhər ələ keçiriləcək, evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək, amma qalanların şəhərdən kökü kəsilməyəcək.


O dedi: «Bu bütün yer üzünə yağacaq lənətdir. Tumarın bir üzünə yazılanlara görə oğurluq edən hər kəs kəsilib-atılacaq, o biri üzünə yazılanlara görə isə yalandan and içənlər kəsilib-atılacaq.


Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı.


Hadisəni xatırlayan Peter İsaya dedi: «Rabbi, bax lənətlədiyin əncir ağacı quruyub».


Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, Çünki Rəbbin önündə gedəcəksən, Onun yolunu hazırlayacaqsan.


Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır, onun sonu yanmaqdır.


Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq.


Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək.


Bizi izlə:

Reklamlar


Reklamlar