Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MALAKİ 2:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Bunu edən adam hətta keşik çəksə, cavabdeh olsa, Ordular Rəbbinə qurban gətirsə də, Rəbb onu Yaqubun icmasından qovsun.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

12 Bunu edən adam hətta keşik çəksə, cavabdeh olsa, Ordular Rəbbinə qurban gətirsə də, Rəbb onu Yaqubun icmasından qovsun.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

12 Буну едән адам һәтта кешик чәксә, ҹавабдеһ олса, Ордулар Рәббинә гурбан ҝәтирсә дә, Рәбб ону Јагубун иҹмасындан говсун.

Fəsildə baxın Kopyalayın




MALAKİ 2:12
28 Çarpaz İstinadlar  

Hamısı – böyüyü də, kiçiyi də, müəllimi də, şagirdi də eyni qayda ilə vəzifələri üçün püşk atdı.


Çünki Mən Rəbb ədaləti sevirəm. Soyğunçuluğa, haqsızlığa nifrət edirəm. Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm, Onlarla əbədi əhd kəsəcəyəm.


Buğa kəsən şəxs adam öldürən kimidir, Quzunu qurban verən şəxs itin boynunu qıran kimidir, Taxıl təqdimi gətirən şəxs donuz qanını təqdim edən kimidir, Kündür yandıraraq təqdim edən şəxs bütə pərəstiş edən kimidir. Onlar öz yolları ilə gedir, İyrənc işlərindən həzz alır.


Onlar öz təqsirlərinin cəzasını çəkəcək. Peyğəmbərdən soruşanın cəzası necə olacaqsa, peyğəmbərin də cəzası elə olacaq.


İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək.


Öz uşaqlarını böyütsələr də, Balalarını əllərindən alacağam, Onları kimsəsiz qoyacağam. Mən onları tərk etdikdə vay hallarına!


Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun.


Öz övladını Molekə təqdim etdiyi üçün Mən o adamdan üz döndərib xalqı arasından qovacağam; çünki o, Müqəddəs məkanımı murdarlayıb müqəddəs adımı ləkələmişdir.


Mənə yandırma qurbanlarınızı, Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam. Mənə kökəldilmiş heyvanlarınızdan Ünsiyyət qurbanı təqdim etsəniz də, Onlara nəzər salmayacağam.


Mən Rəbb əvvəlcə Yəhuda xalqının məskənlərini qurtaracağam. Ona görə ki Davud nəsli və Yerusəlimdə yaşayanlar Yəhudadan çox şərəfli olmasın.


«Kaş ki aranızdan bir nəfər qurbangahımda boş-boşuna od yandırmamaq üçün məbədin qapılarını bağlayaydı! Mən sizdən razı deyiləm, gətirəcəyiniz qurbanları da qəbul etməyəcəyəm» deyir Ordular Rəbbi.


Üstəlik “bu nə zəhmətdir” deyə Mənə burun sallayırsınız» deyir Ordular Rəbbi. «Siz qurban olaraq oğurluq, çolaq, xəstə heyvan gətirirsinizsə, Mən onu sizdən qəbul edəcəyəmmi?» deyə soruşur Rəbb.


Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı? Elə isə nə üçün biz atalarımızın bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik?


“Ey Yaqub, sənin çadırların, Ey İsrail, məskənlərin nə gözəldir!


Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».


Amma pis adamlar və saxtakarlar aldadıb-aldanaraq getdikcə daha betər olacaqlar.


Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı.


Buna görə də and içmişəm ki, Elinin ailəsinin günahı heç vaxt nə qurban, nə də başqa təqdimlərlə bağışlanmayacaq».


Bizi izlə:

Reklamlar


Reklamlar