Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 7:20 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

20 murdar halda isə Rəbbə kəsilən ünsiyyət qurbanının ətini yeyən hər kəs xalqı arasından qovulsun.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

20 murdar halda isə Rəbbə kəsilən ünsiyyət qurbanının ətini yeyən hər kəs xalqı arasından qovulsun.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

20 мурдар һалда исә Рәббә кәсилән үнсијјәт гурбанынын әтини јејән һәр кәс халгы арасындан говулсун.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 7:20
16 Çarpaz İstinadlar  

Sünnət əti kəsilməmiş kişi cinsindən olan hər kəs xalqının arasından qovulacaq, çünki əhdimi pozmuş olacaq».


Ona bənzərini düzəldən yaxud onu kənar şəxsin üzərinə tökən hər kəs xalqı arasından qovulsun”».


Ona bənzər olan ətir vurmaq üçün hazırlayan hər kəs xalqın arasından qovulsun».


Bu sözlərdən ötrü onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Əti qanı ilə yeyirsiniz, bütlərinizə güvənirsiniz və qan tökürsünüz. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi?


Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun.


O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun.


Öz övladını Molekə təqdim etdiyi üçün Mən o adamdan üz döndərib xalqı arasından qovacağam; çünki o, Müqəddəs məkanımı murdarlayıb müqəddəs adımı ləkələmişdir.


Həmin o gün özünü hər şeydən məhrum etməyən adam xalqı arasından qovulsun.


Murdar sayılan hər hansı bir şeyə toxunan ət yeyilməməli və yandırılmalıdır. Hər pak adam murdar ətdən başqa hər cür ət yeyə bilər;


Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər kəs xalqı arasından qovulsun.


qan yeyən hər kəs xalqı arasından qovulsun”».


Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır.


Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin.


Şaul o gün bir söz demədi, çünki elə düşünürdü ki, Davudun başına nə isə gəlib. Yəqin ki natəmizdir.


Bizi izlə:

Reklamlar


Reklamlar