Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 26:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

13 Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

13 Сиэи Мисир торпағындан чыхардан вә онларын көләлијиндән аэад едән, бојундуруғунуэу гырыб башыныэы уҹа едән Аллаһыныэ Рәбб Мәнәм.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 26:13
18 Çarpaz İstinadlar  

Rəbb Misir padşahı fironun ürəyini yenə də inadkar etdi və o, İsrail övladlarını təqib etdi. İsrail övladları isə cürətlə gedirdilər.


«Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.


Sizi Özümə xalq edəcəyəm və sizin Allahınız olacağam. Onda biləcəksiniz ki, sizi Misirlilərin zülmündən qurtaran Allahınız Rəbb Mənəm.


Bu kasanı sənin zülmkarlarının əlinə verəcəyəm. Axı onlar sənə belə dedi: “Uzan yerə, üstündən keçək”. Sən də kürəyini torpaq kimi, yol kimi etdin ki, üstündən keçsinlər».


Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, Əkib-biçənlərin fərəhləndiyi, Qənimət bölənlərin sevindiyi kimi Onlar da Sənin hüzurunda sevindilər.


“Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın Və ‹sənə qulluq etməyəcəyəm› dedin. Üstəlik hər uca təpənin üstündə, Hər kölgəli ağacın altında yerə sərilib Bütlərə səcdə edərək Mənə xəyanət etdin.


«İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Babil padşahının boyunduruğunu qırdım.


Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”».


Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zaman Orada gündüz qaranlığa çevriləcək, Qürurlandığı qüdrət məhv olacaq. Şəhər buludlarla örtüləcək, Qızları sürgün olunacaq.


Çöldəki ağaclar meyvə yetirəcək, torpaq məhsul verəcək. Xalq öz torpağında asayiş içində yaşayacaq. Boyunduruq iplərini qırıb onları qul edənlərin əlindən qurtardığım zaman biləcəklər ki, Rəbb Mənəm.


Onları insani tellərlə, Sevgi bağları ilə Özümə çəkdim. Onlar üçün çənələrindən boyunduruğu qaldıran Bir kəs oldum, Əyilib onlara yemək verdim.


Kənan torpağını sizə vermək və Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm.


Çünki İsrail övladları Mənim Misir torpağından çıxartdığım qullarımdır, buna görə də onlar qul kimi satılmasınlar.


Çünki İsrail övladları Mənim qullarım, Mənim Misir torpağından çıxardığım qullarımdır. Allahınız Rəbb Mənəm.


İndi boyunduruğunu parçalayıb, Qandallarını qıracağam».


Bizi izlə:

Reklamlar


Reklamlar