Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 26:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Üstəlik, Mən aranızda məskunlaşacağam və sizə nifrət etməyəcəyəm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 Üstəlik, Mən aranızda məskunlaşacağam və sizə nifrət etməyəcəyəm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Үстәлик, Мән араныэда мәскунлашаҹағам вә сиэә нифрәт етмәјәҹәјәм.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 26:11
27 Çarpaz İstinadlar  

Bütün İsrail övladları ilə birgə gəzdiyim o yerlərdə xalqım İsrailin qayğısına qalmağı buyurduğum İsrail qəbilələrindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev qurmadınız?› deyə bir söz söyləmişəmmi?”


İsrail övladlarının arasında yaşayacağam və xalqım İsraili tərk etməyəcəyəm».


Mən Sənin üçün uca bir məbəd tikdim ki, Sənin əbədi yaşayacağın yer olsun».


Lakin, doğrudan da, Allah yerdə yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!


Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi.


Mənim üçün Müqəddəs məkan düzəltsinlər ki, aralarında məskunlaşım.


İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam.


Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm.


Öz adın naminə bizdən imtina etmə, Öz izzətli taxtını alçaltma. Bizimlə olan əhdini pozma, yada sal.


Xudavənd qurbangahını rədd etdi, Müqəddəs məkanını tərk etdi. Saraylarının sədlərini düşmən əlinə keçirtdi, Onlar bayram günlərində olduğu kimi Rəbbin məbədində haray qopardı.


Onda biləcəksiniz ki, Mən İsrailin arasındayam, Allahınız Rəbb Mənəm, Başqası yoxdur. Xalqım əbədi olaraq rüsvay olmayacaq.


Qarşınızdan qovacağım millətlərin adətlərinə uymayın; onlar bütün bu şeyləri etdiklərinə görə Mənim gözümdə iyrəncdirlər.


əvəzində qaydalarıma xor baxıb hökmlərimi qəlbinizdən rədd etsəniz, Mənim bütün əmrlərimə əməl etməyib, əhdimi pozsanız,


Bu torpaq onlar tərəfindən tərk ediləcək, onlarsız boş qalıb Şənbə istirahəti edib şadlanacaq. Onlarsa öz cəzalarını çəkəcəklər, çünki Mənim hökmlərimi rədd edərək qaydalarıma nifrət etdilər.


Bütün bunlara baxmayaraq, düşmən ölkəsində yaşadıqları zaman onlara xor baxıb rədd etməyəcəyəm. Beləcə Mən onları məhv edib bağladığım əhdimi pozmayacağam, çünki onların Allahı Rəbb Mənəm.


Bircə ayın içində üç çobanı işdən qovdum, çünki onların əlindən təngə gəlmişdim, onların da Məndən zəhləsi gedirdi.


Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.


Rəbb bunu görəndə onları rədd etdi, Çünki oğul və qızları Onu hiddətləndirdi.


Əgər sahib olduğunuz torpaq murdardırsa, Rəbbin məskəninin yerləşdiyi – Rəbbin mülkü olan torpağa keçin. Qoy torpaq payınız bizim aramızda olsun. Allahımız Rəbbin qurbangahından başqa özünüzə qurbangah qurmaqla Rəbbə və bizə qarşı üsyan etməyin.


Kahin Eleazar oğlu Pinxas və rəhbərlər Ruven övladlarına, Qad övladlarına və Menaşşe övladlarına dedilər: «Bu gün bildik ki, Rəbb aramızdadır, çünki Ona qarşı bu xəyanəti etmədiniz və İsrailliləri Rəbbin əlindən qurtardınız».


Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.


Buna görə də Onlar Allahın taxtının önündədir, Gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da Onların üzərində məskən salacaq.


Bizi izlə:

Reklamlar


Reklamlar