Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 24:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Onları Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş masaya, iki sıraya altı-altı qoy.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Onları Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş masaya, iki sıraya altı-altı qoy.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Онлары Рәббин һүэурунда халис гыэылдан дүэәлмиш масаја, ики сыраја алты-алты гој.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 24:6
13 Çarpaz İstinadlar  

Süleyman Rəbbin məbədindəki bütün bu əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan qızıl masa;


Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz.


Süleyman Allahın məbədindəki bütün əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan masalar;


Bu pul təqdim çörəkləri, daimi taxıl təqdimi, daimi yandırma qurbanı, Şənbə günləri, Təzə Ay mərasimləri və başqa bayramlar, müqəddəs sovqatlar, İsrail övladlarının günahını kəffarə etmək üçün günah qurbanları və Allahımızın məbədinin digər ehtiyacları üçündür.


Biz kahinlər, Levililər və xalq hər il müəyyən vaxtda Allahımızın məbədini odunla təmin etmək üçün nəsillərimizə görə püşk atdıq. Bu odunlar Qanunda yazıldığı kimi Allahımız Rəbbin qurbangahında yandırılmalı idi.


Daima Mənim hüzurumda masanın üstünə təqdis çörəkləri qoy.


masanı və onun ləvazimatını; təqdis çörəklərini,


Orada üç qulac hündürlüyündə, iki qulac uzunluğunda, iki qulac enində ağacdan düzəldilmiş bir qurbangah var idi. Onun küncləri, altlığı və yanları da ağacdan idi. O adam mənə «Rəbbin önündə olan masa budur» dedi.


Amma qoy hər şey ədəblə və intizamla edilsin.


Bir çadır qurulmuşdu. Müqəddəs yer adlanan ilk bölmədə çıraqdan, masa və təqdis çörəkləri var idi.


Bizi izlə:

Reklamlar


Reklamlar