Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 22:32 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

32 Mənim müqəddəs adımı ləkələməyin. Qoy İsrail övladları arasında müqəddəs tutulum. Sizi təqdis edən Rəbb Mənəm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

32 Mənim müqəddəs adımı ləkələməyin. Qoy İsrail övladları arasında müqəddəs tutulum. Sizi təqdis edən Rəbb Mənəm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

32 Мәним мүгәддәс адымы ләкәләмәјин. Гој Исраил өвладлары арасында мүгәддәс тутулум. Сиэи тәгдис едән Рәбб Мәнәм.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 22:32
16 Çarpaz İstinadlar  

Amma Ordular Rəbbi Ədaləti ilə ucaldılacaq, Müqəddəs Allah salehliyi ilə Müqəddəsliyini göstərəcək.


Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin!


Musa Haruna dedi: «Budur, Rəbb belə demişdir: “Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar; Bütün xalq Məni izzətləndirsin”». Harun isə susurdu.


Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm.


Qaydalarıma səylə əməl edin, çünki sizi təqdis edən Rəbb Mənəm.


onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən Rəbb Mənəm”».


Onu müqəddəs say, çünki Allahına gətirilən payı təqdim edən odur; o sənin üçün müqəddəs olsun, çünki Mən – sizi təqdis edən Rəbb müqəddəsəm.


Onlara bu müqəddəs yeməyi verib bunun təqsirini və cəzasını boyunlarına qoymasınlar; çünki onları təqdis edən Rəbb Mənəm”».


«Harunla oğullarına söylə ki, İsrail övladlarının Mənim üçün təqdis etdikləri müqəddəs şeylərlə ehtiyatlı olsunlar və müqəddəs adımı ləkələməsinlər. Rəbb Mənəm.


Mənim əmrlərimə səylə əməl edin. Rəbb Mənəm.


Allahınız olmaq üçün sizi Misir torpağından çıxartdım. Rəbb Mənəm».


Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun,


İsa onlara dedi: «Dua edəndə belə deyin: Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin. Göydə olduğu kimi yerdə də Sənin iradən olsun.


Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir.


Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir.


Bizi izlə:

Reklamlar


Reklamlar