Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 22:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Rəbbə kor, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmrovlu heyvanları təqdim etməyin, Rəbb üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

22 Rəbbə kor, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmrovlu heyvanları təqdim etməyin, Rəbb üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

22 Рәббә кор, јаралы, шикәст, гајсаглы, хоралы, дәмровлу һејванлары тәгдим етмәјин, Рәбб үчүн јандырма тәгдими вермәк үчүн онлары гурбанҝаһа ҝәтирмәјин.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 22:22
9 Çarpaz İstinadlar  

İçalatı və budları isə o adam su ilə yusun. Kahin bunların hamısını təqdim edib qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətirli təqdimdir.


Qurbanın içalatı və budlarını isə o adam su ilə yusun. Kahin bunların hamısını qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.


Qüsurlu heyvanı gətirmək olmaz, çünki belə qurban sizdən qəbul olunmaz.


Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq mal-qaradan ya da qoyun-keçidən ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun; onun bədənində heç bir qüsur olmasın.


Mal-qaradan yaxud qoyun-keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar, lakin əhdini ödəmək üçün o qəbul olunmaz.


Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən piyi və üstündəki piyi,


Bunları Harun övladları qurbangahda odunlarla qalanan od üstündəki yandırma qurbanı ilə tüstülədib yandırsınlar. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.


Kor heyvanı qurban olaraq gətirmək pis iş deyilmi? Topal yaxud xəstə heyvan qurban etmək pis iş deyilmi? Belə bir heyvanı öz valinə təqdim et, gör səndən razı qalırmı yaxud səni qəbul edirmi?» deyir Ordular Rəbbi.


Bizi izlə:

Reklamlar


Reklamlar