Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 21:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Qoy kahinlər yas tutaraq başının heç bir hissəsini qırxmasın, saqqalının kənarını kəsməsin, bədənlərinə də yara vurmasınlar,

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Qoy kahinlər yas tutaraq başının heç bir hissəsini qırxmasın, saqqalının kənarını kəsməsin, bədənlərinə də yara vurmasınlar,

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Гој каһинләр јас тутараг башынын һеч бир һиссәсини гырхмасын, саггалынын кәнарыны кәсмәсин, бәдәнләринә дә јара вурмасынлар,

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 21:5
12 Çarpaz İstinadlar  

Buna görə Divon xalqı ağlamaq üçün məbədə, Səcdəgahlara çıxdı. Moav xalqı Nevo və Medva üçün fəryad edir. Yas tutmaq üçün hamı saçını kəsdi, Saqqalını qırxdı.


O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa, Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı.


“Bu ölkədə böyüklər də, kiçiklər də öləcək, qəbirə qoyulmayacaq, adamlar onlar üçün yas tutmayacaq, özlərini yaralayıb saçlarını qırxmayacaq.


Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq.


Kahinlər başlarını qırxmasın, saçlarını uzatmasın, yalnız saçlarını kəsib düzəltsin.


Sən ey bəşər oğlu, bir iti qılınc götürüb ondan dəllək ülgücü kimi istifadə et, onu başına və saqqalına çək. Sonra bir tərəzi götür və qırxdığın tükləri hissələrə ayır.


Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun.


Qoy o, xalq arasında başçı olduğuna görə özünü murdar edib ləkələməsin.


Bayramlarınızı yasa döndərəcəyəm, Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm. Hər kəsin belinə çul büründürəcəyəm, Hər başın saçını qırxdıracağam. Yeganə oğula yas tutulan kimi O günü sona qədər acı edəcəyəm”.


Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx, Qoy başın kərkəs başı kimi keçəl olsun, Çünki övladların sürgünə aparılacaq!


Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın.


Bizi izlə:

Reklamlar


Reklamlar