Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 19:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Рәббә үнсијјәт гурбанлары ҝәтирәндә елә ҝәтирин ки, гурбаныныэ гәбул едилсин.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 19:5
16 Çarpaz İstinadlar  

Xizqiya kahinləri və Levililəri bölmələrə ayırdı və hər kəsi öz işinə uyğun olan bölməyə təyin etdi. O, Rəbbin darvazalarla hasarlanmış yerində yandırma və ünsiyyət qurbanlarını gətirmək, xidmət etmək, şükür və həmd oxumaq üçün kahinləri və Levililəri qoydu.


Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi.


Rəhbər Rəbbə könüllü olaraq verdiyi yandırma qurbanı yaxud ünsiyyət qurbanları təqdim edəcəyi zaman şərqə baxan darvaza onun üzünə açılsın. Yandırma qurbanı yaxud ünsiyyət qurbanlarını Şənbə günü qurban gətirdiyi kimi təmin etsin, sonra bayıra çıxsın. O çıxdıqdan sonra darvaza bağlansın.


Rəhbər bayırdan, darvaza eyvanı yolundan içəri girib darvazanın yan taxtalarının yanında dursun. Kahinlər onun yandırma qurbanını və ünsiyyət qurbanlarını təqdim etsin. Rəhbər darvaza kandarında ibadət etsin, sonra bayıra çıxsın, ancaq darvaza axşama qədər açıq qalsın.


Əgər qurbanı bir baş mal-qaradan ibarət yandırma qurbanıdırsa, bu qüsursuz erkək heyvan olsun. Bu qurbanın Rəbbin hüzurunda məqbul olması üçün onu gətirən adam onu Hüzur çadırının girişinə gətirsin.


Bütlərə tərəf dönməyin və özünüzə tökmə allahlar düzəltməyin. Allahınız Rəbb Mənəm.


Qurbanınız kəsilən gün yaxud ertəsi gün yeyilsin, üçüncü günə qalan hissəsi yandırılsın.


sizdən qəbul olunsun deyə ya mal-qaradan ya da qoyun-keçidən qüsursuz erkək olsun.


Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq mal-qaradan ya da qoyun-keçidən ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun; onun bədənində heç bir qüsur olmasın.


Mal-qaradan yaxud qoyun-keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar, lakin əhdini ödəmək üçün o qəbul olunmaz.


Rəbbə təşəkkür qurbanı gətirəndə elə gətirin ki, o sizdən Rəbbə məqbul olsun.


Əgər kimsə verdiyi əhdə görə yaxud könüllü təqdim olaraq qurban gətirərsə, qurbanın əti kəsildiyi gün yeyilsin, qalan hissəsi isə sabahkı gün yeyilə bilər,


Əgər ünsiyyət qurbanlarının ətindən üçüncü gün yeyilsə, o qurbanı gətirən adam qəbul olunmaz və qurban onun xeyrinə sayılmaz, bu ət iyrənc sayılar və onu yeyən adam cəzasını çəkər.


Bizi izlə:

Reklamlar


Reklamlar